"Vaxt daralır, ABŞ isə susur" - Prezidentin mətbuat katibi

Baxış sayı:
3173

Putin-Tramp görüşü üçün hazırlıq getmir.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib:

"Vladimir Putin istənilən təmasa hazırdır, özü də bunu dəfələrlə təsdiqləyib. Hər iki tərəfə aid olan çox sual var. Vaxt daralır. Silahlara nəzarətin vacib aspektlərinə dair susqunluq müşahidə edilir. İkitərəfli münasibətlərin ümumi fonuna gəlincə, bu günə qədər amerikalı həmkarlarımızın münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atdığını görmürük".