Vatikanda pedofil qalmaqalı - şok detallar

Baxış sayı:
10813

“Hər 50 katolik keşişdən biri uşaqbazdır” - Fransiskinin etirafı dünyanı silkələyib

Dünya miqyasında 190 piskopos və prelates kilsələrdə rahiblərin uşaqları və böyükləri cinsi istismar etməsinə qarşı bir çıxış yolu tapmaq üçün dünən bir araya gəlib. Onlar Roma papası Papa Fransiskin çağırışına əsasən Vatikanda toplaşıblar.

“Yeni Müsavat” dünya mediasına istinadən xəbər verir ki, Papanın çağırışı ilə Vatikanda keçirilən toplantı Papa və kilsə iyerarxiyasında, kilsələrdəki cinsi istismarın qlobal səviyyədə bir məsələ olmasının qəbul edildiyinin bir əlamətidir. Son illərdə Avstraliya, Şili, Fransa, Almaniya, İrlandiya və Amerikada baş verən bu qalmaqalların azalması müşahidə olunmadığına diqqət çəkilib. Toplantının bu məsələ ilə bağlı ilk tədbir olduğu qeyd edilib.

Vatikan yetkililəri toplantının mövzusunun məsuliyyət, hesab verə bilmə, şəffaflıq olacağını və bunun bir dönüş nöqtəsi olmasına ümid etdiklərini deyib. Bununla yanaşı, Vatikan yetkililəri bunun konkret nəticələr verməyə biləcəyini də vurğulayıblar.

Maltanın Baş piskoposu Monsignor Çarles J. Scicluna isə üç günlük toplantının ortaya fövqəladə bir nəticə çıxarmayacağını, bütün problemləri çözə bilməyəcəklərini, toplantının davamının da əsas olduğunu qeyd edib.

Vatikan bu həftə uşaqlara atalıq edən rahiblərin izləyəcəkləri bir yol olmasının vacibliyini qəbul edib. Araşdırmalar müəyyən edib ki, cinsi istismara məruz qalanların 80 faizi oğlan uşaqları və 14 yaşdan böyük olanlardır. Amma cinsi istismara məruz qalan qadınların ortaya çıxmadığı və kilsənin bu hadisələri ictimaiyyətə çatdırmadığı üçün dəqiq rəqəmlər barədə də danışmaq mümkün deyil.

Papa Fransisk tərəfindən rütbəsi aşağı salınan və din adamlığından çıxarılanların homoseksualla bağlı olduğu da qeyd edilib. Çikaqo kardinalı Blase Cupich isə problemin homoseksuallıq olmadığını, məsələnin uşaqları qorumaq olduğunu qeyd edərək, “sizin cinsi istismarınız homoseksuallığın bir nəticəsi deyil” deyib.

Bəzi Vatikan mütəxəssislərinin Katolik Kilsəsi üçün Protestant islahatından bu yana ən ciddi böhran kimi qiymətləndirdiyi uşaqlara qarşı cinsi istismar qalmaqalları ilk dəfə belə bir zirvə görüşündə müzakirə olunacaq.

Uşaq təcavüzkarlarına və onları qoruyanlara “sıfır tolerantlıq” sözü verən Papa Francesconun tələbi ilə 21-24 fevral arasında Vatikanda keçiriləcək, “Kilsədə Uşaqların Qorunması” zirvəsinə dünyanın hər yerindən hakimiyyət pilləsindəki Katolik Kilsəsi nümayəndələri iştirak edəcək.

Təxminən 190 min dini vəzifəlinin qatılması gözlənilən sammitdə, uşaq təcavüzlərinə qarşı “məsuliyyət, hesabatlılıq və şəffaflıq” prinsipləri müzakirə olunacaq.

Görüş öncəsi hazırlıq mərhələsində, müxtəlif ölkələrdən din xadimləri təcavüz qurbanları ilə görüşlər keçirib. Sammit əsnasında da iştirakçıların bəzi təcavüz qurbanlarının ifadələrinin yer aldığı videomaterialların nümayiş olunması planlaşdırılır.

Vatikan Mətbuat Ofisinin direktoru Alessandro Gisotti də sabah başlayacaq sammitlə əlaqədar olaraq, "Bu əjdahanı yox etmək istəyiriksə, onunla qorxmadan üzləşməliyik" söyləyib.

Vatikanın maliyyə işləri üzrə səlahiyyətli nümayəndəsi və kilsənin ali səviyyəli üçüncü şəxsi avstraliyalı kardinal Corc Pellin adı öz ölkəsində cinsi təcavüzkar kimi hallanır.

2017-ci ildə də Viktoriya əyaləti polis şöbəsinin müdiri Şane Patton məsələ ilə bağlı çoxlu şikayətin daxil olduğunu bildirib. Vatikanda yaşayan 76 yaşlı kardinal Pell isə məhkəmə gününü səbirsizliklə gözlədiyini və iddialara qarşı özünü güclü şəkildə müdafiə edəcəyini söyləyib. Kilsədən edilən rəsmi açıqlamada isə həkimlərin səyahətə icazə verəcəyi təqdirdə kardinalın Avstraliyaya qayıdacağı bildirilib.

Patton kardinala qarşı da heç bir ayrı-seçkilik qoyulmadığını və ona da digər şübhəlilər kimi münasibət göstərildiyini deyib.

2018-ci ilin avqustunda Vatikanın Vaşinqtondakı sabiq səfiri, arxiyepiskop Karlo Mariya Viqano Roma Papası 1-ci Fransiski istefaya çağırmışdı. O, “National Catholic Register” adlı qəzetdə dərc etdirdiyi 11 səhifəlik məktubda kilsə daxilində cinsi istismara göz yumulmasına görə Papanı ittiham edib: “Roma Papası uşaqlara istismar iddialarına görə ötən ay istefa verən kardinal Teodor Makkariklə bağlı məlumatları 2013-cü ilin 23 iyunundan bəri bilməsinə baxmayaraq, heç bir addım atmayıb. Kardinalla bağlı məlumatları Papaya birbaşa özüm demişdim. Onun əməllərini gizlətdiyi və digər kardinal və yepiskoplara örnək olması üçün ilk istefa verməli olan şəxs Papadır”.

Viqano sözlərinə əlavə edib ki, katolik kilsəsinin daxilində olan bu cinsi istismar şəbəkəsi məsum qurbanlarını öz torlarına salır.

Ümumiyyətlə, bu mövzuda genişmiqyaslı araşdırmalar zaman ABŞ-ın Pensilvaniya baş prokuroru Coş Şapiro iki illik istintaqdan sonra uşaqlara qarşı cinsi təcavüzün Pensilvaniya və Vatikandakı stajlı kilsə rəsmiləri tərəfindən sistematik şəkildə gizlədildiyini ortaya çıxarıb.

Məlum olub ki, 300-dən çox keşiş illərlə mindən çox uşağa cinsi təcavüz edib. Bu təcavüz hadisələrinin hamısından Papa Françesko xəbərdar olub.

Vatikanda pedofil ile ilgili görsel sonucu

Katolik Kilsəsinin dünyanın bir çox ölkəsində yüz minlərlə rahibi var. Bir çox ölkədə xüsusilə uşaqlara qarşı cinsi istismarla bağlı çoxlu sayda məlumatlar mətbuatda yer alıb.

Birləşmiş Millətlər Təşkilatı da Katolik Kilsəsi vəzifəlilərinin uşaq istismarları haqqında 2014-cü ildə hesabat dərc etmişdi. Hesabatda Vatikanın verdiyi sistematik qərarlara görə ötən 10 ildə keşişlərin on minlərlə uşağa cinsi təcavüz etdiyi və təcavüzə şərait yaradıldığı ittihamı qeyd olunmuşdu. Vatikan isə 2014-cü ilin yanvar ayında 400 keşişin 2012-2013-cü ildə uşaqlara cinsi təcavüz etdiyi üçün vəzifəsindən çıxardığını qəbul etmişdi.

Vatikanın üçüncü şəxsi də cinsi təcavüzkarlıqda suçlanır...

2017-ci ildə Vatikanın xəzinədarı avstraliyalı kardinal Georgi Pellə qarşı cinsi təcavüz ittihamı elan edilib. Avstraliyanın Viktoriya ştat polisi Şein Petton Vatikanın önəmli şəxslərindən olan kardinal Pellin bir neçə şəxs tərəfindən təcavüzdə ittiham edildiyini açıqlayıb. Sözügedən şəxs isə bu ittihamları rədd edib.

Vatikanda pedofil ile ilgili görsel sonucu

Kardinal Pell çox qısa zamanda Avstraliyaya gələrək, məhkəmədə özünü müdafiə edəcəyi günü səbirsizliklə gözlədiyini bildirib. Qeyd edək ki, kardinal Pellin iyulun 18-də məhkəmə qarşısına çıxacağı qeyd edilib.

“Yeni Müsavat” xatırladır ki, ümumiyyətlə, qalmaqallardan ən səs-küylüsü 2014-cü ildə baş verib. Həmin vaxt Vatikan keçmiş səfirini ev dustağı etdi. Vatikan bildirdi ki, Domikan Respublikasında keçmiş səfiri olan 66 yaşlı Josef Wesolowski həbs olunub. Amma yaşı və səhhəti nəzərə alınaraq onu ev dustağı ediblər. 2008-ci ildə Dominikanda vəzifədə olduğu vaxtda pedofiliya - uşaqbazlıq cinayətlərinə onun adı qarışmışdı.  Josef Vesolovskinin ruhani rütbəsi hələ iyunda alınıb. Sentyabrın 24-də isə Vatikan cinayət məhkəməsində bu işə dair ilkin dinləmə başlayıb və o, ev dustağına çevrilib.

Vatikanda pedofil ile ilgili görsel sonucu

Vatikanın bəyanatında deyilir ki, Vesolovski səhhətinə dair sənədlər təqdim edib, onu daha sərt şəraitdə saxlamaq mümkün olmayacaq.

Qeyd edək ki, katolik kilsəsi uzun müddət media və hətta bəzi siyasətçilər tərəfindən dünyanın bir çox ölkələrində rahiblərin uşaqbazlıq əməllərini ört-basdır etməkdə ittiham olunurdu. Vatikanın sözçüsü Federico Lombardi bildirirdi ki, Papanın göstərişinə uyğun olaraq, bundan sonra bu cür iddialar tam ciddi və təcili şəkildə araşdırılacaq.

2014-cü ilin iyun ayında isə bu mövzu ilə bağlı qalmaqallı bir açıqlama yayılıb.

“Məndə olan dəqiq məlumatlara görə, hər 50 katolik keşişdən biri uşaqbazdır. Əfsuslar olsun ki, kilsə uşaqbazlıq iyrəncliyinə tutulub”. Roma katolik kilsəsinin rəhbəri Papa 1-ci Fransiskin bu açıqlaması “bomba partlayışı” effekti yaradıb. İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Vatikanın rəhbəri uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırıb. “Müşavirlərimin dediklərinə görə, keşişlərin 2 faizi uşaqbazdır. Bu bəlaya qarşı bacardığım qədər sərt mübarizə aparacağam. Həmin 2 faiz arasında keşişlər, yepiskoplar, kardinallar var. Bəladan xəbərdar olan, amma susan keşişlərin sayı daha çoxdur”, - Roma Papası deyib. 1-ci Fransiskin sözlərindən belə çıxır ki, hazırda katolik kilsəsində ən azı 8 min uşaqbaz, əxlaqsız keşiş var.

Vatikanda pedofil ile ilgili görsel sonucu

2010-cu ildə isə Roma Papası Benedikt 90-cı illərdə uşaqlarla cinsi ünsiyyətdə olmaqda şübhəli bilinən amerikalı keşişə qarşı tədbir görməməkdə ittiham edilib. O zaman kardinal Cozef Ratzinger olan Benedikt seksual cinayətləri təhqiq edən Vatikan idarəsinin rəhbəri idi. Həmin vaxt “Nyu York Tayms” yazmışdı ki, papa Benedikt bu işlə bağlı iki məktuba cavab verməyib. Keşiş Lorens Mörfi səhhətinin pis olmasını səbəb gətirəndə onun üzərində kilsə məhkəməsi dayandırılıb. Vatikan sözçüsü bu hadisəni faciəvi adlandıraraq, Kilsə qanunlarında avtomatik cəzalandırmanın nəzərdə tutulmadığını səbəb gətirib.

Vatikan qalmaqallarından danışarkən, 2012-ci ildə yaşananları unutmaq olmaz. Vatikan sözügedən tarixdə son 200 ildə ilk dəfə olaraq belə sərt ittihamlarla qarşılaşmışdı. Dünyanın müxtəlif ölkələrində katolik keşişlərin azyaşlıları zorlamaları ilə bağlı yüzlərlə faktların aşkarlanması belə, Roma Katolik Kilsəsini belə şoka salmamışdı. Səbəb isə Vatikanın narkotik maddələr, insan və silah alverindən əldə edilən çirkli pulların “yuyulduğu” məkanlardan biri sayılması idi. Xatırladaq ki, həmin tarixdə ABŞ Dövlət Departamentinin “Narkotik vasitələrin dövriyyəsinə beynəlxalq nəzarət strategiyası” (İnternational Narcotics Control Strategy) hesabatında Vatikana qarşı həddən artıq ağır ittihamlar irəli sürülmüşdü. Hesabatda narkotik maddələr, silah və insan alverindən əldə edilən pulların yuyulması ilə bağlı əməliyyatların hazırda dünyanın 68 ölkəsində həyata keçirildiyi vurğulanırdı. Belə ölkələr arasında Yəmən, Əlcəzair, Şimali Koreya və Vatikanın “xüsusilə fəal” olduğu bildirilirdi. Amerikalılar hesab edirlər ki, İtaliyanın paytaxtı Romanın mərkəzindəki cırtdan dövlətə nəhəng həcmdə nağd pullar və maliyyə vəsaiti axını var. Bu axında çirkli pulların yuyulması prosedurları isə yetərli səviyyədə deyil.

Təkcə uşaqlar yox, rahibələr də qurbandır - hamilə rahibələr

2014-cü ilin yanvarında Roma Katolik Kilsəsində nadir və böyük qalmaqal yaradan olaylardan biri baş verib. 33 yaşlı rahibə Roksana Rodriges hamilə qalıb və ana olub.  Katolik kilsəsinin qaydalarına görə, rahibələrin ərə getmək hüquqları əsla yoxdur və onlar “İsa Məsihin gəlinləri” sayılırlar. Əslən Salvadorun paytaxtı San-Salvadordan olan rahibə Roma yaxınlığındakı klinikada övladını dünyaya gətirib.

“İsa Məsihin kiçik şagirdləri” (Little Disciples of Jesus) kilsəsinin rahibəsi olan Roksananın dediyinə görə, hamilə qaldığından xəbərsiz olub.

Qarnındakı kəskin ağrılar, ürəkbulanma, başgicəllənmədən şikayətlərlə xəstəxanaya aparılmış Roksana Rodrigesin ilkin müayinəyə zamanı onda doğuş sancılarının başlandığı müəyyənləşdirilib.

“Bu xanımı xəstəxanaya gətirən təcili yardım qrupunun dediyinə görə, monastırda ibadət zamanı rahibə Roksana qəflətən qarnını tutaraq yerə yıxılıb. Müayinə onun hamiləliyin son dövründə olduğunu, doğuş sancılarının tutduğunu göstərdi”, - xəstəxananın həkimləri deyiblər.

Tarixi qaynaqlar göstərir ki, Vatikan kilsəsinin tarixində “hamilə rahibələr”, “bic doğan rahibələr”lə bağlı dosyelər yetərincə qabarıqdır.