​Vaşinqtonla Seul razılaşdı: Sanksiyalar ləğv edilmir

Baxış sayı:
2152

Sinqapurda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Cənubi Koreya Xarici İşlər naziri Kan Qyon Xva arasında qeyri-rəsmi görüş olub.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Renxap” agentliyi yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu Şimali Koreyanın denuklearizasiyası və Koreya yarımadasındakı sülh məsələsi olub. Hər iki nazir Şimali Koreyanın real addımlar atmayacağı ana qədər Pxenyana qarşı sanksiyalarını qoruyub saxlayacaqlarını bildiriblər.