Vaşinqtondan Türkiyəyə hədə! SƏBRİMİZ TÜKƏNİR

Baxış sayı:
5665

ABŞ-ın Xarici İşlər Nazirliyinin hərbi müşaviri podpolkovnik Rich Outzen, Türkiyəylə Amerika arasında bir sıra problemlə əlaqədar olaraq "Konqresin səbri tükənir" ifadəsini işlədib.
 
“Vaşinqton İnstitutu” adlı beyin mərkəzində keçirilən toplantının mövzusu erkən seçkilər, Suriya və Türkiyə olub.
 
"SƏBR TÜKƏNİR”
 
Outzen, Konqresin səbrinin daşdığına diqqət çəkib və vəziyyəti çox ciddi kimi səciyyələndirib.
Outzen, "S-400l-lər və həbs, səbri daşırır. Bu, Türkiyənin fikirlərinə dəyər vermədiyimizdən deyil. Türkiyə öz arqumentlərini anlatdı. Yəqin ki, Konqres bizim xarici işlər nazirliyində bu məsələlərlə əlaqədar etdiklərimizdən qane deyil. Türkiyənin dostları olaraq bu halda görəcəyimiz ən yaxşı şey bu iki məsələnin Konqres üçün nə qədər əhəmiyyətli olduğunu çatdırmaqdır. Bu əlaqələri həm hərbi olaraq, həm də akademik olaraq 1990-cı ildən bu yana təqib edirəm. Bu ciddi bir vəziyyətdir" deyib.
 
MENBİÇ MƏSƏLƏSİ
 
Outzen, "Güman Edirəm ki, Türkiyəylə Menbiçin Menbiçliler tərəfindən idarə edilməsi məsələsində razılaşırıq. Bu da danışıqlar yolu ilə mümkündür. Bununla bağlı 2 fərqli tərəflə görüşürük, biri müttəfiq, digəri yerli tərəfdaşdır. Bir qarşılıqlı etimad çərçivəsində keçid prosesi olmalıdır. Gələcək aylarda bu, doğrudan da diplomatiya üçün çətin olacaq. Rejimin və IŞİD-in oraya dönməsini istəmirik. Hadisələr bizlərin də önünə keçə bilər. Ruslar və İranlıların da maraqları var. Türk tərəfinin sərhəddəki təhlükəsizlik narahatlıqlarını aradan qaldırmağımız lazımdır, sərhədin etibarlı olmasını, ideoloji olmayan yerli bir rəhbərlik istəyirik. Güman edirəm ki, bu yöndə bir etimad yaradıla bilər" deyə, bildirib.
 
AARON STEİN S-400 MƏSƏLƏSİNDƏ ABŞ-ı HAQLI HESAB EDİR
 
Aaron Stein da S-400-lər məsələsində Amerikanın haqlı olduğu mesajını verib və Outzen kimi bunun radarla əlaqəsi olduğunu deyib. Stein, Türk hökumətinin buna niyə qulaq asmadığını anlamadığını söyləyib.
Müxalifət.az