Vaşinqtondakı mühüm insanlar haqda bəzi gerçəklər...

Baxış sayı:
11911

Serdar Turgut - Habertürk
 
 ABŞ-ın paytaxtı dedi-qodu ilə yaşayan bir şəhərdir. Siyasətlə yatıb, qalxan bir yer olduğundan təbii olaraq dedi-qoduların ağırlığı da siyasətdir.
Bu vəziyyət bu şəhərdə çalışmaqda olan biz jurnalistlər üçün həm üstünlük, həm də bir çatışmazlıqdır.
Dedi-qodusu bol olduğundan xəbər çatışmazlığı heç vaxt hiss etməzsiniz. Bu üstünlükdür təbii ki.
Amma yenə dedi-qodu çox olduğundan və ağızdan ağıza yayılarkən yalanların da bura qarışması ilə bəzən xəbərlər də həqiqəti əks etdirmir. Bu da bir çatışmamazlıqdır jurnalistlər üçün.
Buna görə təcrübəsi olmayan, şəhərin oyunçularını tanımayan, qaydalarını bilməyən bir jurnalistin burada fəaliyyət göstərməsinə qalmasına imkan yoxdur.
Bu gün sizə tez-tez adlarını çəkdiyim mühüm Vaşinqton oyunçularının bu anda nələr etməkdə olduqlarını yazacağam. Bununla hazırda Vaşinqtonun vəziyyətini daha yaxşı qavrayıb, qərarlarınızı ona görə verərsiniz deyə düşündüm.
MAYK POMPEO: İstefa edəcəyi şayiəsi şəhərdə yayılmışdı ki, mən də təsdiq etdikdən sonra bu köşədə bunu yazdım. Bu günlərdə xarici işlər nazirini ziyarət edən hər bir əcnəbi ölkə xarici işlər nazirinin ondan soruşduğu ilk sual "Həqiqətən istefa edəcəksinizmi və bunun səbəbi nədir” sualıdır. Onu ziyarət edən hər bir xarici işlər nazirinə istefa edəcəyini və bu məsələdə qərarlı olduğunu deyirmiş. Onun üçün çətin olanı istefa səbəbini açıqlamaq olurmuş. Çünki Pompeo Suriyada işlərin heç də ABŞ-ın istədiyi kimi getmədiyini və regionda əsas iplərin Rusiyanın əlinə verildiyini düşünür. Trampı qəzəbləndirmədən bunu əsas kimi göstərməyə çalışaraq hər qonağına fərqli arqumentlər uydurur. Ən sevdiyi arqument də budur: "Karyeramın zirvəsində işi buraxıb, senator olaraq xidmət verməyi davam etdirəcəyəm”.
CON BOLTON: Onu Vaşinqtonun aktyorlarının savaşa duyduğu böyük heyranlıq səbəbiylə Stenli Kubrickin “Narahatçılığı rədd edib, bombanı sevməyi necə öyrəndim” filmindəki ağlını itirmiş olan komandirə bənzədirlər. O filmin sonunda o komandir təyyarədən atılan bombanın üstünə minmiş və onunla birlikdə partlamağa getmişdi. Hər milli təhlükəsizlik konfransında sözü daim vuraq və yıxaqa gətirən Bolton, İran müzakirə edilərkən onu da bombalamağı təklif etmişdi. Keçmiş direktor Con Kelli onu imperiya ənənələri olan böyük bir ölkəni bombalamaqdan bəhs edə bilməzsiniz, - deyə susdurmuşdu. Amma indi önü açıqdır. Bolton İranı bombalamaqdan hələlik imtina etsə də, amma indi də Venesuelanı işğal etməyi planlaşdırır.
Müxalifət.az