Vaşinqtonda Rza Zərrab BAZARLIĞI: Baş nazir Yıldırımın təcili ABŞ səfərinin arxa planı

New York Times”ın yazdığına görə, Rza Zərrabın hər şeyi boynuna alaraq, etirafçı olacağı gözlənilir ki, bunun da işarətini geçən həftə Rəcəb Tayyib Ərdoğan da vermişdi.
 
Bu məsələ gözardı ediləcək sıradan bir olay deyil və Türkiyə, eyni zamanda regionda baş verən proseslər baxımından çox böyük önəm daşıyır. Və bu kontekstdə ABŞ qəzetinin “Rza Zərrab etirafçı olacaq” yazısı Türkiyə rəhbərliyi üçün bir növ xəbərdaredici mesaj olmaqla bərabər, həm də regionda Vaşinqtonun xeyrinə olmayan bir çox olayların qarşısını almaq xarakterli qabaqlayıcı tədbir kimi də düşünülə bilər. O baxımdan “New York Times”ın verdiyi mesajın Türkiyədə alındığı bəzi hərəkətlənmələrlə də özünü göstərir. Bu da o anlama gəlir ki, qəzetin yazdığı məsələ Türkiyə hakimiyyəti və cəmiyyətinin həfifə ala biləcəyi bir məsələ deyil.
Məsələn, Rza Zərrabın məhkəmədə etirafı müqabilindəTayyip Erdoğan haqqında çıxarılacaq bir “həbs” qərarı Türkiyədə qeyri-müəyyənliyə və xaosa zəmin yaratmaqla bərabər, iqtisadiyyatda da bütün nizamı alt-üst edər. Görünür, Ankara bu təhlükəni gördüyü iüçün təcili olaraq baş nazir Binali Yıldırımı ABŞ-a göndərir.
Böyük ehtimal ki, Vaşinqtonda bir bazarlıq masası qurulucaq ve qarşılıqlı “al-ver” olacaq.
O baxımdan, bu alver nəticəsində Suriya, İraq, Kipr siyasətində ve S-400 raketlərinin alınma məsələsində bəzi sürpriz dəyişiklər ola bilər.

Müxalifət.az