Vaşinqtonda Ərdoğan-Tramp ZİRVƏSİ BAŞLADI

Baxış sayı:
722

Türkiyə və ABŞ prezidentləri arasında görüş başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp tərəfindən Ağ Evdə rəsmi qəbulla qarşılanıb.

Muxalifet.az xəbər verir ki, bu onların “Sülh Mənbəyi” əməliyyatından sonra ilk üz-üzə görüşüdür.

Təkbətək görüşdən sonra nümayəndələr heyəti arasında iş yeməyinə iştirak etdikdən sonra Ərdoğan və Tramp birgə mətbuat konfransı keçirəcək. Görüşün 30 dəqiqəsi təkbətək, 1 saatı heyətlər arası olmaqla cəmi bir saat yarım çəkəcək. Ərdoğan və Trampın təkbətək görüşündə Türkiyə XİN Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mike Pompeo ilə tərcüməçilər də iştirak edəcəklər.Görüşdən sonra Ərdoğan Maryland ştatında yerləşən Amerika İlahiyyat Mərkəzini ziyarət edərək, burada təşkil olunacaq Dil, Tarix və Mədəni Təhsil 2019 Programında Türk vətəndaşları, Türk mənşəli Amerikalılar və Müsəlman cəmiyyəti təmsilçilərinə xitab edəcək.

İki liderin görüş öncəsi açıqlamaları:

Donald Tramp: Ərdoğan ilə birlikdə olmaq çox böyük bir şərəfdir. Sərhəd çox güclü bir şəkildə qorunur və atəşkəs davam edir. Kürdlərlə danışdıq, çox razıdırlar. Bilirsiniz ki, əsgərlərimizi bir müddət əvvəl geri çəkmişdik və artıq digər insanların sərhədləri üçün narahat olmamaq və öz sərhədlərimizi qorumağımızın lazım olduğunu düşünürəm.

Prezidentə göstərdiyi cəhdlər üçün təşəkkür edirəm. Onunla çox yaxşı dostuq. Bir-birimizi çox yaxşı anlayırıq. Sadəcə neft yataqlarını qorumaq üçün əsgərlərimizi bu bölgədə bir miqdarda saxladıq. Bu bölgədə Türkiyədən bir çox insan həyatını itirdi Ticarət əlaqələrini gücləndirməyi düşünürük. 100 milyard dollara çatdırmağı nəzərdə tutmuşuq. Bu həm Türkiyə, həm də bizim üçün yaxşı olacaq.

S-400 və F-35 mövzularına da toxunacağıq. Türkiyə İŞİD-çiləri çox yaxından izləyir. 1 ay əvvəl İŞİD-in çox hissəsini məhv etdik. Keçən həftə liderlərini məhv etdik. İki və üç nömrəli liderlərini də öldürmüşük. İndi üçüncü İŞİD liderini izləyirik. İŞİD mən prezidentlik vəzifəsinə gələndə artıq var idi. Türkiyə yaxın zamanda 100-ə qədər İŞİD-çi ələ keçirdi və onlarla lazım gələni edirlər.

İmpiçment istintaqı bir "cadugər ovudur". Buna heç diqqət də vermirəm. Maraqlanmıram. Vəkilləri ilə televiziya proqramı aparırlar.

Prezident Ərdoğan: Hörmətli prezident ilə bir azdan mətbuat konfransı keçirəcəyik. Mətbuat konfransında hər şeyi danışacağam. 


Muxalifet.az