Vaşinqtonda keçirilən ABŞ-Türkiyə danışıqlarında Ankaradan SƏRT MÖVQE

Baxış sayı:
2122

Türkiyə ilə ABŞ arasında, FETÖ ilə mübarizə, İraq və Suriya başda olmaqla, bir sıra məsələdə mövcud olan problemlərin həlli məqsədilə yaradılan üç texniki komitədən biri olan Suriya komitəsinin ilk iclası başa çatıb.
 
Türkiyə-Amerika parlamentlərarası əlaqələrin düzəldilməsi üçün yaradılan 3 komitədən Suriya məsələləri ilə bağlı olanı dünən ilk iclasını keçirib. Toplantıda Türkiyənin Afrinlə bağlı sərt mövqeyi müşahidə olunub.
 
TÜRKİYƏDƏN AFRİNLƏ BAĞLI SƏRT MÖVQE
 
“Habertürk” qəzetinin verdiyi məlumata görə, danışıqlar başlayanda Amerika tərəfi Afrin məsələsini də müzakirə etmək istəyib. Türkiyə buna etiraz edib və Afrin barədə danışılacaq bir şeyin olmadığını, Türkiyənin bu mövzudakı rəsmi görüşünün müəyyən olduğunu vurğulayıb.
 
ABŞ İSRAR ETMƏYİB
 
Türk nümayəndə heyətinin qəti mövqeyini görən Amerika nümayəndə heyəti də Afrin məsələsində israr etməyib. Türkiyə isə Afrin məsələsinin əvəzinə iki ölkə arasında əsas problem olan Münbiç probleminin müzakirə olunmasını qeyd edib.
Türkiyənin Afrin məsələsində qətiyyətli və sərt mövqeyindən sonra toplantıda bütün müzakirələr Münbiç məsələsinə köklənib.
Alman mətbuatına danışan XİN rəhbəri Çavuşoğlu isə Amerikalılarla Münbiç və Fəratın şərqi ilə bağlı məsələlərdə anlaşdıqlarını dilə gətirib. Bunun üçün işçi qruplarının yaradılıdığını deyən Çavuşoğlu, 19 martda dövlət katibi Reks Tillersonla görüşəcəyini bildirib. Çavuşoğlu, ABŞ-ın terror təşkilatlarına dəstək verməkdən imtina edəcəyinə ümid etdiyini də qeyd edib.
Müxalifət.az