Vaşinqtonda ABŞ bayrağını yandırdılar

Baxış sayı:
8707

ABŞ prezidenti Donald Trampın Müstəqillik Günündəki çıxışını etiraz etmək istəyən iki nümayişçi Vaşinqtonda Amerikan bayrağını yandırıb.
 
ABŞ-da dünən reallaşan 4 iyul bayram mərasimindən əvvəl Ağ Evin qarşısında hərəkətli dəqiqələr yaşanıb. Kommunist Partiyasının üzvü olduğu ifadə edilən etirazçılar Ağ Evin qarşısında Amerikan bayrağını yandırıb.
 
''Amerika möcüzə deyil''
 
ABŞ prezidenti Trampın bəyram mərasimində çıxışını dinləyəcək olan kütlənin yaxınlığında reallaşan hadisədə, bayraq yandıran nümayişçilər Tramp dəstəkçilərinin də hücumuna uğrayıb.
"Amerika möcüzə deyil!" və "Yan körpəm, yan" şüarları səsləndirən nümayişçilərə, Gizli Xidmət əməkdaşları müdaxilə edib. Rəsmilər Tramp dəstəkçilərinin hücumuna uğrayan iki nümayişçinin həbs olunduqdan sonra xəstəxanaya götürüldüyünü və müalicə olunduqlarını açıqlayıb.
Müxalifət.az