​Vaşinqton Türkiyədən təminat tələb etdi

Baxış sayı:
2038

ABŞ Türkiyə tərəfinin müəyyən təminatları olmadan Suriyadan qoşunlarını çıxarmayacaq. Muxalifet.az xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Con Boltonbəyan edib. O qeyd edib ki, Vaşinqton Türkiyənin ABŞ-la razılaşdırılmadan hərbi əməliyyatlara başlamasını doğru hesab etmir. Boltonun fikrincə, Ankaranın addımları təkcə ABŞ qoşunlarını deyil, həm də Vaşinqtonun Suriyadakı tərəfdaşlarını təhlükə altına atmamalıdır. Trampın müşaviri bildirib ki, YPG dəstələri İŞİD-lə mübarizədə ABŞ-la yaxın tərəfdaşlıq edib.