Vaşinqton Suriyada Ankaranın mövqeyini nəzərə almağa məcburdur – Amerika-Türkiyə- Rusiya zirvəsi gözlənilir - Təhlil

Baxış sayı:
3412

Makmaster, Mettis və Tillersonla keçirilən görüşlərdən sonra Vaşinqton bölgəmizə yönəlik önəmli yeni qərarlar almaq üçün çalışmalar dövrünə başlayıb.
Rusiya ilə əldə edilən anlaşmaya uyğun olaraq öz nəzarətindəki Fəratın şərqi haqda da mühüm addımları Türkiyənin aktiv dəstəyini almadan ata bilməyəcəyini görən Vaşinqton bu mənada YPG ilə qurduğu münasibəti də gözdən keçirməyə başlayıb.
Vaşinqton Moskvanın da YPG ilə münasibətlə bağlı sürətli, təsirli addımlar atmağa başladığını görür və bu kartı da qeyb edərsə, bölgədə onsuz da zəifləmiş gücünü daha da davamlı formada qeyb edə biləcyini təsbit edir.
 
Təkbətək dialoqlar
 
İdarəçilik vahidləri arasında əlaqəli (inter-agency) başladılan bu siyasi biçimləmə prosesini yaxından izləyən təcrübəli bir şəxs Vaşinqtonun bu mərhələdə məhz bu səbəbdən Türkiyə ilə əlaqəli işləmək məcburiyyəti hiss etdiyini söyləyib. Eyni qaynaq Türkiyə ilə münasibətləri ənənə üzrə gərginləşdirmək tərəfdarı olan Pentaqon və MKİ-nin belə “Suriya kürdləriylə bağlı Türkiyə ilə necə ahəngdar çalışa bilərik?” sualına baş sındırdıqlarını anladıb. 
Yönətim öz içindəki fərdlər arasında zehin fırtınası qoparmağa çalışarkən Vaşinqtonun gözü bir yandan da bu gün (dünən-red.) Moskvada başlayacaq çox önəmli bir toplantıya zillənmiş durumdadır. Vaşinqton bu toplantıdan sonra Moskvadan gələcək  xəbərlərin Şimali Suriyaya yönəlik yeni strategiyasını müəyyən etməkdə ona yardımçı olacağını gözləyir. Çünki Vaşinqton artıq Fəratın şərqi, yəni Suriya  kürdləri ilə bağlı qərarlarını təkbaşına deyil, Türkiyə və Rusiya ilə əlaqəli almağın daha doğru olacağını görür.
 Bu gün (dünən-red.) Moskvada Valday diskussiya  klubunun təşkil etdiyi “Rusiya Orta Şərqdə: sahənin hər bir meydanında oynamaq” başlıqlı bir mübahisə var.
 
Şimali Suriya problemi
 
Vaşinqtonda Rusiyanın Şimali Suriya kürdlərilə bağlı siyasətinin konkret necə olacağı, proqramın bu başlıqlı toplantısında müzakirələrdən irəli gələcəyi umulur.
Bu toplantını yönəldəcək Rusiya Elmlər Akademiyasının üzvü və akademiyanın Şərqşünaslıq Araşdırmaları İnstitutunun prezidenti Vitali Naumkin Putinin Orta Şərq qərarları mövzusunda ən güvəndiyi şəxsdir və bu anda Rusiya dövləti üçün bu siyasəti uzlaşdıran Boqdanovun müəllimidir. Naumkin eyni zamanda əvvəllər uzun illər boyu Bərzaninin atasının gizləndiyi mağarada gizli görüşlər keçirəcək qədər də kürdlərə yaxın adamdır. Ayrıca olaraq bu toplantıya Rusiya və İranın xarici işlər nazirləri də qatılıblar.
 
Artıq zamanı yetişib
 
Naumkin Rusiyanın bu gün əsas nöqtələri ortaya çıxa biləsi Suriya planını, əslində, noyabr ayında qapalı bir toplantıda Vaşinqtonun xarici siyasət elitasına anlatmaq üçün Vaşinqtona gəlməliydi. Ancaq bu faydalı toplantı son anda iş sıxlığı kimi səbəbdən təxirə salındı. Ancaq təxirin gerçək səbəbi ortaya qoyulacaq və Amerika ilə anlaşılacağı gözlənilən planın Türkiyə ilə hələ müzakirə edilməməsiydi. Naumkin bu  anda Fəratın şərqində Amerika ilə ortaq çalışacağı umulan Türkiyənin bu planı rəsmən eşitmək vaxtının çatdığına qərar verməlidir ki, bu gün Valday toplantısında bu barədə mesajlar veriləcək.
Naumkin Amerikanın, əslində, Fəratın şərqində kürdlər üçün mustəqil bir dövlət istədiyini, amma bunun qəbuledilməz və gerçəkləşdirilməsi mümkünsüz bir şey olduğunu söyləyir. Onun planına görə, Şimali Suriyada Şimali İraq modelinin tətbiqi lazımdır, yəni “güclü bir Suriya mərkəzi dövlətinə bağlı idarəçilik muxtarlığı olacaq kürd qurumu” haqda düşündüyü danışılır.
Naumkin Türkiyənin dəstəyi olmadan bölgədə heç bir konkret addım atıla bilməyəcəyini açıqca deyir. Bu model Suriyanın bütövlüyünü pozmadığı və əslində, Türkiyənin bu modelin Şimali İraqda onun xeyrinə işləyə bildiyini gördüyündən öz planının işə keçəcəyini düşünür.
Vaşinqtonda bu mövzuda yaşanan dinamikanı mənə anladan qaynaq, əslində, Naumkinin planının Amerikanın hakimiyyət dairələrində də “süzerenlik” adıyla müzakirə olunduğunu söylədi. Türkiyə və ABŞ-ın keçirdiyi sön görüşlərdə alınan qərarlar yönündə Fəratın şərqiylə bağlı Rusiya və Amerikaınn vahid fikrə varması müddətinin sürətlənə biləcəyini diqqətə çəkən bu mütəxəssis “Bu müddətin axırında böyük Rusiya-Türkiyə-Amerika zirvəsi olacağını deməyin şişirtmə olmayacağını da” söylədi.
Tərcümə Strateq.az-ındır.