Vaşinqton Serbiyadan Kosovonun tanınmasını tələb etdi - TRAMPIN QIZI DANIŞIQLARA QOŞULDU

Baxış sayı:
1448

Belqradla Priştina arasında danışıqların ikinci mərhələsi Vaşinqtonda başlayıb, ABŞ lideri Donald Trampın qızı və məsləhətçisi İvanka Tramp da ona qoşulub.

Bu barədə Serbiyanın “Tanjug” agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqların ikinci raunduna Ağ Evdə start verilib.

Xəbər verildiyi kimi, Vaşinqtonda keçirilən danışıqlarda Serbiya Prezidenti Aleksandr Vuçiçə "Kosovonun qarşılıqlı tanınması"nı nəzərdə tutan sənəd təklif olunub. TASS bildirir ki, Serbiyanın Xarici İşlər naziri İvisa Daçiçin verdiyi məlumata görə, Serb lideri bu təklifi "kəskin şəkildə rədd edib". Serbiyanın maliyyə naziri Sinişa Mali də bildirib ki, Vaşinqtonda Vuçiçdən aparılan danışıqlarda tanınmamış Kosovonun müstəqilliyini tanımağı tələb ediblər. O, həmçinin Serbiya nümayəndə heyətinə böyük təzyiqlər olduğunu bəyan edib.