“Vaşinqton Post” qəzeti Qaşıqçıya görə Səudiyyə Şahzadəsinə həqarət etdi

Baxış sayı:
11758

“Vaşinqton Post” qəzetinin köşə yazarı David Ignatius, itkin düşən Səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsinə dair, "Cinayət araşdırmasını bağlamaq, həyasız bir şəkildə özünə güvənən bir kraliyyət şahzadəsi üçün də asan olmayacaq" deyə öz köşəsində yazıb.
 
Devid Ignatius, "Məhəmməd bin Salmanın artan qəzəbi, Camal Qaşıqçı haqda sualların önünə keçməyəcək" başlıqlı köşə yazısında vəliəhd şahzadəni sərt şəkildə tənqid edib.
Məhəmməd bin Salmanın media müşaviri Səud Əl Kahtaniyə işarə edən Ignatius, "Salmanın sarayı içində son aylardakı qaranlıq atmosfer, bir vəliəhd şahzadənin iqtisadi təzyiqə məruz qalmasını və məsləhətçilər baxımın ətrafını möhkəmləndirdiyini göstərir" deyə qeyd edib.
İgnatius, bir mənbənin ona "Şahzadə bin Salman, Qaşıqçı-nın ölməsi xəbərinin verilməsindən sonra ortaya çıxan beynəlxalq qəzəbi görüb, qorxuya qapılmış vəziyyətdədir” deyə söylədiyini bildirib.
 Müxalifət.az