“Vaşinqton Post”-a PKK-lı Bayık təpkisi

Baxış sayı:
8635

Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu PKK terrorçubaşlarından olan Cəmil Bayıkın terror təşkilatını təbliğat məzmunlu yazısının “Vaşinqton Post” qəzetində dərc olunmasına təpki verib.
 
Mevlud Çavuşoğlu “Vaşinqton Post” qəzetində dərc olunan terror yazısına təpki verərək "Vaşinqton Post” İŞİD-ın rəhbəri olan Bağdadinin məqaləsini dərc edərmi? Əl Qaidənin hər hansı bir səlahiyyətlisinin məqaləsini dərc edərmi? Eş-Şebabın, Boko Haramın məqaləsini dərcş edərmi? Onu dərc etmirsənsə, terror siyahısında olan PKK-nın azğın terrorçusunun məqaləsini niyə dərc edirsən" deyib.
Müxalifət.az