​“VAŞİNQTON POST” PENTAQONUN PLANINI İFŞA ETDİ – İŞİD bəhanəsi ilə Suriyaya daxil oldular və çıxmaq niyyətində deyillər

Muxalifət.az xəbər verir ki, Suriyanın şimalında yüzlərlə hərbçisi ilə terror təşkilatına dəstək verən və tonlarla silahını bölgəyə yerləşdirən Pentaqonun planını səhifələrində işıqlandıran “Vaşinqton Post” qəzeti, İŞİD-in tam məğlubiyyətinin çox yaxın olmasına rəğmən, ABŞ hərbçilərinin buradan getməyəcəyini yazıb. “ABŞ İŞİD-dən sonra Suriyada qalmaq üçün özünə “ayaq yeri” qoyur” başlıqlı xəbərdə hazlrda daxili müharibə vəziyyətində olan Suriyanın şimalında 503 ABŞ hərbçisinin olduğu qeyd edilib.
Vaşinqtonun SDF-ə  –  Suriya Demokratik Qüvvələrinə (təşkilatın özəyini terrorçu PKK-nın Suriyadakı uzantısı olan YPG təşkil edir) dəstək veməyə davam edəcəyini bildirən qəzet İŞİD terror təşkilatının tam məğlubiyyətinin yaxın olmasına baxmayaraq, Pentaqonun planlarında bir dəyişiklik olmayacağını yazıb. Qəzetə məlumat verən amerikalı mənbə Cenevrədəki sülh konfransında Vaşinqtonun SDF vasitəsi ilə Bəşər Əsədə təzyiq göstərməyi planlaşdırdığını deyib. Xəbərdə deyilir ki, İŞİD ilə müharibənin heç zaman bitməyəcəyini söyləyən Pentaqon bu bəhanədən istifadə edərək regiondan çıxmamağa çalışacaq.