“Vaşinqton Post”-dan ŞOK İDDİA: MKİ, QAŞIQÇININ ÖLÜM ƏMRİNİ VERƏNİ AÇIQLAYIB

Baxış sayı:
2680

“Vaşinqton Post” qəzeti, MKİ-nin Qaşıqçı-nın öldürülmə əmrini Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyi nəticəsinə varıb” deyə yazıb.
 
“Vaşinqton Post” qəzetinin mövzuyla bağlı adamlara əsaslandırdığı xəbərində, "MKİ, şahzadə bin Salmanın Qaşıqçı-nın sui-qəsd əmrini verdiyi nəticəsinə varıb" deyə qeyd olunub. Rəsmilər, MKİ-nin bu qiymətləndirmələrində “yüksək etibarlılıq” olduğunu bildiriblər. Bununla bağlı bu günə qədər Məhəmməd bin Salmanı cinayətlə əlaqələndirən ən qabarıq dəlillərin olduğu vurğulanıb və bunun da Tramp rəhbərliyinin bin Salmanla münasibətləri qorumasını çətinləşdirdiyini qeyd edilib.
 
QARDAŞI, QAŞIQÇI-ya KONSULLUQDAN SƏNƏDLƏRİNİ ALA BİLƏCƏYİNİ SÖYLƏDİ
 
MKİ-nin bu nəticəyə gələrkən, vəliəhd şahzadənin qardaşı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salmanın, Qaşıqçı ilə apardığı telefon danışığının da olduğu bir çox kəşfiyyat mənbəyini araşdırdığı bildirilib. İddialara görə, ABŞ kəşfiyyatının dinlədiyi telefon danışığında səfir Xalid bin Salman, Qaşıqçı-ya İstanbuldakı Baş Konsulluğa gedib, sənədlərini almasını, bunun təhlükəsiz olacağını deyib. Rəsmi şəxslər, Xalidin cinayətdən xəbərdar olub olmadığını bilmədiklərini, ancaq bu söhbəti Məhəmməd ibn Salmanın tərəfindən idarə etdiyinin qəti olduğunu ifadə edib.
Məsələ ilə bağlı açıqlama verən Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Baeshen, Xalidin Qaşıqçı ilə konsulluğa getməsi məsələsində hər hansı bir danışıq aparmadığını, MKİ-nin nəticələrinin "səhv" olduğunu irəli sürüb.
Digər tərəfdən, MKİ-nin araşdırmasında, vəliəhd şahzadənin ölkədəki mövqeyini də nəzərə aldığına diqqəti çəkən ABŞ rəsmiləri, "Səudiyyə vəliəhdinin ölkəsindəki mövqeyi göstərir ki, bin Salmanın xəbəri olmadan bu cinayətin işlənməsi mümkün deyil" nəticəsinə varıb. MKİ təhlilçiləri, Qaşıqçı qalmaqalına baxmayaraq Məhəmməd bin Salmanın taxtını itirmək təhlükəsinin olmadığına inandıqlarını dilə gətirib.
Müxalifət.az