“Vaşinqton Post”-dan Senata “Qaşıqçı” çağırışı: “Trampa daha çox təzyiq edin”

Baxış sayı:
4492

“Vaşinqton Post” qəzeti Senatın Qaşıqçı cinayəti mövzusunda prezident Donald Tramp rəhbərliyini hesab verməyə məcbur etməyin lazım olduğunu müdafiə edən bir baş məqalə dərc edib.
 
“Vaşinqton Post” qəzeti yayımladığı baş məqaləsində, ABŞ Senatının jurnalist Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülməsi ilə bağlı hesabat verilməsi üçün prezident Donald Trampa daha çox təzyiq etməsi üçün müraciət edib.
Qəzet, "Tramp bin Salmanın qəbahətini gizlədir, Senat Trampı hesab verməyə məcbur etməlidir" başlıqlı yazıda, Senatın Tramp rəhbərliyinə cinayətin aydınlanması və günühkar vəzifəlilərin cəzalandırılması üçün daha çox təzyiq etməyə çağırıb.
Yazıda, Tramp rəhbərliyinin Senata Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın cinayətdə roluna dair hesabat təqdim etməsi lazım olduğu, ancaq tələbin üzərindən bir ay keçməsinə rəğmən bu məsələdə addım atılmadığı, məsələnin ört-basdır edilmək istəndiyi ifadə edilib.
Tramp rəhbərliyinin Senata inandırıcı bir hesabat təqdim etmək əvəzinə, bazar ertəsi günü Xarici İşlər Nazirliyi və Ticarət Nazirliyinin orta səviyyəli vəzifəliləri Senata məlumat vermək üçün göndərdiyinə diqqətin yetirildiyi yazıda, senatorların onlara edilən açıqlamanın hər hansı bir dəyərinin olmadığını bildirdikləri qeyd edilib.
Yazıda, Senatdakı üzvlərin hüquqi olaraq Qaşıqçı məsələsində Tramp rəhbərliyini mühakimə etmə hüququ olduğunu xatırladılaraq bu nöqtədən sonra Senatın atacağı addımların əhəmiyyətli olduğu bildirilib.
Qeyd edək ki, Səudiyyə jurnalisti Qaşıqçı evlilik əməliyyatları üçün 2 oktyabr 2018-də girdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülmüşdü.
Orta Şərqin ən fəal jurnalistlərindən olan “Vaşinqton Post”-un yazarı Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi və sonra baş verənlər Türkiyə və dünya ictimaiyyətinin gündəmində yerini qoruyur.
Müxalifət.az