Vaşinqton Bakıya: Dərhal azad edin

Amerika Birləşmiş Ştatları bu yaxınlarda azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanın Tbilisi şəhərində oğurlanaraq daha sonra Azərbaycanda həbs edilməsindən təlaş keçirir.
 
Avropa İttifaqı öz bəyanatında Gürcüstanda yaşayan Azərbaycan vətəndaşının oğurlanmasına dair məlumatların “sürətlə, hərtərəfli və şəffaf” şəkildə araşdırılmasına çağırıb. “Fundamental hüquqların, o cümlədən ifadə azadlığının ifadəsinə görə hər hansı və bütün həbslərin Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilməsi və bu məsələ ilə əlaqədar bütün şəxslərin dərhal sərbəst buraxılması Azərbaycanın beynəlxalq öhdəliklərinə müvafiqdir,” bəyanatda deyilir.
 
İnsan haqları fəalları Əfqan Muxtarlının oğurlanaraq həbs edilməsinə etiraz edir.
 
Birləşmş Ştatlar habelə 25 mayda Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədr müavini Gözəl Bayramlının həbsindən narahatdır. Xanım Bayramlı xəbərlərə əsasən qaçaqmalçılıq ittihamları əsasında həbs olunub.
Birləşmş Ştatlar habelə 25 mayda Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədr müavini Gözəl Bayramlının həbsindən narahatdır.
Dövlət Departamentinin sözçüsü Heather Nauert yazılı bəyanatda Azərbaycan hökumətini öz fundamental hüquqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT qarşısındakı öhdəliklərinə uyğun olaraq azadlığa buraxmağa çağırıb.
Xanım Nauert deyib ki, Birləşmiş Ştatlar “Gürcüstan hökumətinin adam oğurluğu ilə bağlı təhqiqatını yaxından izləyir və onun tam, şəffaf və vaxtında” aparılmasına çağırır.