​Vaşadzedən ŞOK AÇIQLAMA: Prezident olan kimi...

Baxış sayı:
4873

Gürcüstan prezidenti seçiləcəyim təqdirdə növbədənkənar parlament seçkisi təyin edəcəyəm.
Bunu birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze Kutaisidə tərəfdarlarıyla görüşü zamanı deyib.
“Bizim edəcəyimiz birinci iş növbədənkənar parlament seçkisi təyin etmək olacaq. Siyasi sistemi dəyişmək mütləqdir. Biz hökuməti dəyişib, buranı peşəkarlarla doldurmalıyıq. Biz məhkəmə və hüquq-mühafizə sistemində islahat aparmalıyıq”, – deyə o bildirib./axar/