Vaşadze Gürcüstan hökumətini lağa qoydu: "Hökumət nə Alman, nə Tanzaniya, nə də Uqanda modeli ilə razılaşmayacaq"

Baxış sayı:
5491

Müxalifət təmsilçiləri ilə bir araya gələn ''VMH''ın lideri Qriqol Vaşadze mətbuata açıqlama verib.
Muxalifet.az 24News.ge-yə istinadla xəbər verir ki, Vaşadze görüşün əsas planının bu gün keçiriləcək aksiyanın detallarını müzakirə etmək olduğunu bildirib. 

"Əsas tələblərimizi hamı bilir: Hakimiyyətin istefası, MSK-nın vətəndaş cəmiyyətindən təşkil edilməsi, vaxtından əvvəl proporsional parlament seçkiləri, siyasi məhbusların azadlığı".
Q.Vaşadze əlavə edib ki, hakimiyyət ölkədəki parlamentalizmi ləğv edib və onlar nə Alman, nə Uqanda nə də ki, Tanzanya modeli ilə razılaşacaqlar.
Qeyd edək ki, dünən bir neçə müxalifət lideri seçkilərdə alman modelinin tətbiqi barədə təklif irəli sürmüşdü. Sözü gedən alman modeli seçki sistemi ümumilikdə hər bir siyasi partiya əhalidən aldıqları səslərə uyğun olaraq parlamentdə mandat əldə edirlər və daha sonra deputatların majoritar və proporsional qaydada bölgüsü başlayır. Müxalifət nümayəndələrinin sözlərinə görə, alman seçki modeli sistemine keçid almaq üçün parlament üzvlərinin əksəriyyətinin üzvlərinə deyil sadəcə 51% səsinə ehtiyac var.
Muxalifet.az