​Varna sammiti Türkiyə üçün son şansdır - Borisov

Baxış sayı:
2878

Varna sammiti Avropa Birliyi ilə Türkiyə arasında əlaqələrin davam etməsi üçün son şansdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.
“Sammit çox çətin keçəcək. Çünki tərəflər arasında münasibətlər ciddi şəkildə pisləşib. Bolqarıstan üçün belə bir görüşə ev sahibliyi etmək mühüm əhəmiyyət kəsb edir. Burada bütün ölkələr istəyir ki, Türkiyə ilə danışıqlar prosesi davam etsin”, - Borisov bildirib.
Qeyd edək ki, Türkiyə ilə Avropa Birliyi arasında sammit martın 26-da Bolqarıstanın paytaxtı Varnada keçiriləcək.