VARLIĞIMIZIN TƏLƏBİ - HÜQUQŞÜNAS BAXIŞI

 
(bəzi ixtisar və dəyişiliklərlə)
   
Ölkəmiz, Çar  və  Sovet Rusiyasının əsarəti altında olduğu müddətdə parçalanaraq tikələri qoparılmış,  talan edilmiş və bəzi hissələri özgə ölkələrə qatılmış  haldadır. Bu günkü nəslimizin borcu, olanı saxlamaq, itirilən torpaqları isə qaytarmaqdır. Əsas hədəfimiz mövcud şəraitə uyğun olaraq bu məqsədlərimizin gerçəkləşdirilməsinə çalışmaq və ölkəmizdə ən üstün yaşam tərzini  qurmaqdır. Bu, varlığımızın tələbidir. 
Bizim torpaqlarımızı azad etmək hüququmuz müzakirə ptedmeti ola bilməz, çünki bu milli və beynəlxalq qanunlarla bizim müstəsna hüququmuzdur. Lakin, söhbət hansı dövlətin bizim haqq işimizi dəstəkləyib, dəstəkləməməsindən gedə bilər ki, kimin, necəliyi bizə aydın olsun. Elə etməliyik ki, qoparılmış bütün tarixi ərazilərimiz qəsbkarların  gömüldüyü yerə çevrilsin, onlar rahatlıq nə olduğunu bilməsin, yaşamaq istərlərsə yurdumuzu tərk etsinlər.
Ölkəmizdə, Konstitusiyamızin 5-ci, 7.I.-ci və 11.I.-ci  maddələrinin mənasından kənar  heç bir uyğun məsələ həll edilə bilməz. Əgər, qanunsuz həll edilərsə,  sonradan həmən məsələyə yenidən qanuna uyğun baxılmalıdır.
(Maddə 5. Xalqın vahidliyi   I. Azərbaycan xalqı vahiddir.II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
Maddə 7.I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Maddə 11.I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.) Konstitusiyanın 7-ci maddəsində dəyişikliklər və ya onun ləğv edilməsi haqqında təkliflər referenduma çıxarıla bılməz (Maddə 155.).
Bizim qanunlarımızı qəbul etməyənlər ölkəmizdə yaşaya bilməzlər.
 
1.Ermənistan-Azərbarcan müharibəsində mövqeyimiz:

a) Ermənilərlə çoxdan müharibə apardığımız,onların işğalçılıqdan əl çəkmədiyini nəzərə alaraq, Ermənistanla maharibə vəziyyəti elan edilməli, dövlət qurumları, siyasi və ictimai təşkilatlar hərbi şəraitə köklənməli, mükəmməl hərbi sənaye kompleksi  və ordu, o cümlədən peşəkar ordu yaradılmalıdır (bütün bu işlər görülənədək gözləmək, tələsməmək lazımdır).
b) Xalq müqəddəs Vətən müharibəsinə qaldırılmalıdır. Ümumi səfərbərlik elan edilməli, düşmən torpaqlarımızdan tam qovulanadək və təzminatlı sülh xahiş edənədək döyüşlə təqib olunmalı, əks təqdirdə öz yuvasında məhv edilməlidir.
Yalnız, hərbi qələbəmizdən sonra baş tutacaq tədbir kimi, Ermənistan-Azərbaycan danışıqları  mümkündür (yoxsa, bizə müxtəlif ad altında  məğlubiyyətin sırınması labüddür):
- Ermənistan bizə qarşı özünü təcavüzkar və məğlub tərəf kimi etiraf edib, hərbi təzminat ödəməklə qoşunlarını ərazimizdən çəkərsə, onun xahişi ilə sülh bağlana bilər. Belə ki, bu əsas şərtsiz düşmənlə hər hansı danışığa getmək, əslində təcavüzü və onun nəticələrini qəbul edib, dolayısıyla məğlubiyyətimizi etiraf etmək olardı. Odur ki, müdafiə, kompromis  taktikası, əslində təslimçi kimi rədd edilməlidir.
Bizim, istiqlalımızı hərblə qorumaq əzmimizi, fikrimizi, düşmənlə kompramisə, yəni öz istiqlalımız, torpaqlarımız hesabına şərəfsiz alverə getməyə sövq edənlərdən sormayıyıq ki, erməni-rus birləşmələri torpaqlarımızı  işğal edəndə, soydaşlarımızı Ermənistandan deportasiya edəndə, öldürəndə, bizi öz yurdumuzda öldürüb, əsirə, qaçqına çevirəndə,  indi bizə göstərdiyiniz  “beynəlxalq hüquqlqrla”, əslində isə  ikili standartlarla  birlikdə  hardaydınız, bu gün bizə xatırlatdıqlarınız  müddəalarla o vaxt bizim də haqqlmlzl niyə  qorumadınız?  Qoy gedib “mədəni” xalq kimi bu sualın düzgün, ədalətli cavabını fikirləşsinlər, tapanda cavabla birlikdə gələrlər, ehtiyac duysaq danışarıq ... Zəhmət çəkin, bu gün erməninin müdafiəsinə bizdən tələb etdiklərinizi, öncə bizim haqqımızın xeyrinə ermənilərdən tələb edin, yerinə qoyun ki,  bu söhbətlərə də ehtiyac qalmasın. Ermənini lap çox istəyirlərsə...öz torpaqlarında onlara ikinci, ümüncü və s.  vətən yaratsınlar (birini biz vermişik...).
Vətənimizin, yalnız əks hücumla müdafiə oluna bilməsi-dərk edilməlidir.
2.Ermənistan, Qarabağ ermənilərinin vəziyyətini müzakirəyə çıxaracağı təqdirdə: 
a) Qarabağın erməni qiyamçılarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci, 57-1-ci, 59-cu, 61-ci, 62-ci, 63-cü, 63-1-ci, 64-cü, 65-ci, 67-ci, 70-ci, 70-2-ci və 72-ci maddələrində nəzərdə tutulan cinayətlərin subyekti olmaları səbəbindən, ona görə də cinayət məsuliyyətinə cəlb edilməli olduqlarından-onların müzakirədə iştirakı rədd edilməlidir. Çünki, cinayətkarla bir tərəf kimi danışıq aparılmaz, barəsində qanuni tədbir görülər.
b) Ermənistan tərəfindən Qarabağ ermənilərinin hüquqi vəziyyətinin müzakirəsinin təkid olunacağı təqdirdə, siyasi qərar kimi, 1948-53-cü illərdə və 1989-cu ildə tarixi torpaqlarımız olan Ermənistandan departasiya olunmuş azərbaycanlı əhalisinin də  problemləri, haqlarının qaytarılması və  qorunması  Qarabağ ermənilərinə bərabər hüquqda müzakirə olunmalıdır.
c) Ermənistandan 1948-53-cü illərdə on minlərlə,1989-cu ildə 200 mindən çox deportasiya olunan soydaşıarımıza, indi Ermənistan adlanan öz tarixi vətənləri - Zəngəzur, Göycə, Dərələyəz, İrəvan mahallarında, Ermənistan tərəfindən hansı statusda yaşamaq hüququ verilərsə, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə də eyni statusda yaşamaq hüququ verilə bilər.
d) Ümumiyyətlə, Azərbaycanda,yəni  Qarabağın dağlıq hissəsində, yalnız,  Ermənistanda yaşayan azərbaycanlıların dörddə biri qədər (o vaxtkı nisbətdə) erməni saxlanıla bilər.
Yuxarıda sadalanan şərtlər xaricində aparılan danışıqlarda Qarabağ ermənilərinin hər hansı statusda iştirakı-DQMV-ni ləğv etmək haqqında Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunun pozulması və Ermənistan Respublikasının DQMV-ni öz tərkib hissəsi kimi elan etdiyi məlum qərarını tanımaq demək olardı ki, buna əsla yol vermək olmaz.
3.Xarici siyasətdə:
a) Ermənistanın ölkəmizə təcavüzünü  BMT-nin məlum 4 qətnaməsində göstərildiyi kimi həyata keçirilməsini  BMT TŞ-dan tələb edilməsi  əsas xətt olmalıdır.
b) Ermənistanın ölkəmizə təcavüzünü BMT üzvü olan dövlətlərdə yaymaqla, onların bu məsələyə münasibətini aydınlaşdırmaq və nəticəsindən asılı olaraq onlarla rəsmi münasibət qurmaq.
b) Əgər, BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünü bu dəfə də (tələbdən sonra) tanımazsa və təcavüzkara ciddi iqtisadi, hərbi canksyalar tətbiq etməzsə, onda TŞ-nın daimi üzvü olmayan dövlətləri-BMT TŞ-nı ədalətsiz və qərəzli qurum kimi rədd etməyə, əvəzində dünya xalqlarını bərabər hüquqla təmsil edən dövlətlərin həqiqi BMT-sini yaratmağa çağırmalıyıq.
Bu təklifimiz də qəbul olunmazsa, onda-Şərq, müsəlman, türk dövlətlərinə, xalqlarına ayrıca müraciət edib onların BMT-sini, birliyini, müdafiə qurumunu yaratmaq təşəbbüsandə olmalıyıq. Bu məsələni ilk növbədə İslam ölkələri Konfransında müzakirəyə çıxarmaq vacibdir.
Dövlət siyasətində öz yekəliyinə, zoruna arxalanıb beynəlxalq hüququ pozan cığal dövlətlərin riyakar simasını əsla çəkinmədən dünya xalqları qarşısında ardıcıl ifşa etmək, qıpçaq və qəti tədbirlər yönünü tutmalıyıq.
Xalqların öz müqəddəratını təyin etmək hüququna, zərurətinə münasibətdə, sözgedən xalqın yerli (aborigen), yaxud, gəlmə olmasından asılı olaraq, birinci halda respublika üzrə müzakirəsi mümkün, ikinci halda isə rədd mövqeyi tutulmalıdır. Rus imperiyasının Azərbaycanı işğalı və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə xristian dinli, slavyan, qeyri-türk mənşəli xalqları, o cümlədən erməniləri xalqımızın mənafeyi zidinə ölkəmizdə kütləvi yerləşdirməsi tarixi faktı əsas tutulmaqla ermənilər gəlmə hesab olunmalıdır. Bu səbəbdən də onların bizim torpaqda öz müqəddəratlarını təyin hüququ müzakirəyə çıxarıla, tanına bilməz.  Habelə, o da nəzərə alınmalıdır ki, Ermənistan Respublikasınin ərazisi əzəli Azərbaycan torpaqlarıdır.Əks təqdirdə özgə  ərazisinə kompakt yığışan bütün toplumların  öz müqəddəratını təyin hüququ tanınmalı olardı ki, bu da dünya ölkələrinin torpaqlarının təbii və məlum  sahiblərinin sahiblik hüququna qəsdlə nəticələnərdi. Bu da öz növbəsində haqla, nahaqqın, qarışmasına, deməli, dünyanın yenidən bölüdürülməsinə, səbəb olardı ki, buna da əsla yol vermək olmaz.
Xalqımızın öz ölkəsinə sahiblik hüququnu qorumaq ümumən hamımızın, xüsusən də iqtidarın vəzifəsidir. Müxtəlif bəhanələrlə vətəni qorumaq kimi ən vacib vəzifəsindən, qayğılardan yayınan, düşmənlə sonu görünməyən və ziyanımızla nəticələnən danışıqlar aparıb bizi rüsvayçı “sülh”ə calayanların fəaliyyəti  qeyrətli vətəndaşlarımızı qane edə bilməz.
Yurdumuzun qəsbkardan azad edilməsi kimi birbaşa vəzifəsini başqsına həvalə edənlər, əslində millətin müqavimət hərəkatını təşkil etməkdən boyun qaçırır, gün keçirməklə öz faktik hakimiyyət ömrünü uzatmağa çalışır, beləliklə bütövlükdə xalqın deyil, milli olmayan bir qrupun marağını güdməklə baş girələyirlər.Xalqımızın düşmənə qarşı mübarizə əzmini möhkəmlətmək əvəzinə, ona, təslimçilik və sürükləndiyi hüquqsuz vəziyyətlə barışmaq ruhu aşılanması dözülməzdir.
Azərbaycan xalqı bilməlidir ki, o Qarabağ müharibəsini döyüşdə uduzmamışdır. Qarabağ müharibəsini bizə siyasətlə uduzduran-xaricdən, erməni-rus qəsbkar qüvvələridirsə, daxildən, rus köləliyi psixologiyasından hələ də azad olmayan təslimçi, fərasətsiz, rusbaş xəyanətkar  qüvvələr olmuşdur. Odur ki, Azərbaycan öz haqqına sahib olması üçün ilk növbədə daxilini özünə zidd ünsürlərdən təmizləməli, iş başına millətin sədaqətli və fərasətli övladlarını gətirməlidir. Unudulmamalıdır ki, müdafiəmiz üçün kifayət qədər qüvvə var və çətinlik, yalnız bu müdafiəni təşkil etməkdən ibarətdir. Vətənin müdafiəsini təşkil etmək isə məhz iqtidarın borcudur. İqtidar, əsgərdən öncə döyüşçü olmalıdır.
Avropa  İslam  Şurasının 1981-ci il tarixli “İnsan Hüquqlarının Ümumislam Bəyənnaməsi”nin  “Müstəqillik hüququ” bölməsinin b) bəndində deyilir:-“Hər bir fərd və hər bir xalq azadlığın bütün: fiziki, mədəni, iqtisadi və siyasi formalarına sahib olma haqqına malik olmaqla, bu hüququ pozan, yaxud ləğv edənlərə qarşı bütün mümkün vasitələrlə qorunmaq hüququna malikdir. Hər istismar olunan fərd və ya bir qrup insan  belə mübarizədə başqa xalq və ya xalqlar tərəfindən qanuni dəstəklənmək hüququna malikdir.” 
Yəqin ki, biz də o cümlədən.

Məmmədxan   Əzizxanlı, Hüquqşünas
11.04.1993-1996-cı il. 

“Varlığımız” qəzeti,iyun-avqust,1993-cüil,sayı 1,“Millətin səsi” qəzeti,26.06.1996-cı il,sayı 3,”Bakının səsi” qəzeti,3-10.04.1999-cu il,sayı 3,”Təzadlar” qəzeti, № 30, 06.09.1996-cı il.