Varlı ərəblərin yeni əyləncəsi: superbahalı maşınları mərmər plitəyə çevirmək... - FOTO

Baxış sayı:
5521

Varlı ərəblər arasında son vaxtlar avtomobili mərmər plitəyə çevirmək dəb halını alıb. Bəziləri avtomobillərini, bəziləri isə avtomobillə yanaşı bütün qarajı yeni trendə uyğun ağ mərmər rəngində “geyindirir”.

Məsələn, Londonun digər varlı vətəndaşlarından fərqlənmək üçün “Ferrari 812 Superfast” və “Bentley Bentayga” sahibi hər iki avtomobili ağ mərmər örtüyə büküb. Bu avtomobillər İngilis mediasının diqqətini cəlb edib.

Virtualaz.org xəbər verir ki, mərmər avtomobillər Səudiyyə Ərəbistanına məxsus nömrə nişanını daşıyırdılar. Mətbuat yazır ki, onların sahibi Dubayda isti yay günlərindən uzaqlaşmaq üçün super avtomobilləri ilə birlikdə Londona uçub.

Sosial şəbəkələrdə bu cür avtomobillərin görüntüləri getdikcə daha da artır. İzləyicilər dünyanın müxtəlif yerlərində həmin avtomobillərlə çəkilmiş fotoşəkillərini paylaşırlar. Lakin fotoşəkillərin altında yazılan şərhlərdən bu avtomobillərin heç də hər kəsin zövqünü oxşamadığı aydın görünür. Bəziləri bu avtomobilləri zövqsüz otel çanaqları ilə müqayisə edirlər: "Belə məlum olur ki, sahibi gözəl göründüyünü düşünür, amma mənim fikrimcə bu sadəcə gülüncdür" deyə izləyicilərdən biri yazır.

Qeyd edək ki, hələ aprel ayında bir rus qızı superkarının üzərində iki milyonluq “Swarovski” kristalları olan superkarla bütün Londonu heyrətə gətirimişdi.