“Vaqner”-in 5 döyüşçüsünün başını kəsdilər

Baxış sayı:
8712

Mozambik üsyançıları 5 rusiyalını güllələyib, sonra da başını kəsiblər.

«Dojd» kanalının məlumatına görə, bu barədə «Carta de Mocambique» adlı məqalədə söhbət açılır.

Nəşrin təsdiqlədiyinə görə, öldürülənlər «Vaqner qrupu»nun (Rusiyada özəl hərbi şirkətdir) üzvləri olublar. KİV-lər bu qrupu peterburqlu restorator Yevgeni Priqojinlə əlaqələndirirlər.

Muzdluların olduğu avtomobilə hücum ötən bazar günü Kabu-Delqadu əyalətində baş verib. Hücum nəticəsində rusiyalı muzdlulardan başqa daha 20 mozambikli hərbçi həlak olub.

«Novaya qazeta»nın yazdığına görə, bu ölkədəki Rusiya səfirliyi yazı ilə bağlı heç bir şərh verməyib.

Kremlin sözçüsü Peskov isə Mozambikdə «rus əsgərinin» olduğunu inkar edib./azpolitika