​Vanqa nənənin 2018-ci illə bağlı ilginc təxminləri - "Çin supergüc olacaq"

Baxış sayı:
1791

Dünyanı qarşımızdakı ildə nələr gözləyir?
 
Sağlığında öncəgörmələri Bolqarıstan hökuməti tərəfindən qələmə alınaraq saxlanan Vanqa nənənin dediklərinin böyük bir qismi bu günə qədər düz çıxıb. Musavat.com 2018-ci ilin astanasında Vanqa nənənin qarşımızdakı illə bağlı proqnozlarını diqqətə çatdırır.
1996-cı ildə ölən bolqar qadın həyatını itirməzdən öncə 51-ci yüzilə qədər bir çox təxminlər səsləndirib. 1996-cı ildə, 85 yaşında dünyasını dəyişən qadın bir çox təbii fəlakət və qlobal miqyasda təsiri olan hadisələri öncədən bildiyi üçün onun dedikləri etibar qazanıb və bir çox komplo teoriyası yayanlar arasında olduqca populyar bir fiqurdur.
İndi də keçək Vanqa nənənin 2018-ci il təxminlərinə.
Öncəgörən bildirib ki, Çin 2018-ci ildə super güc olacaq və “super güc” ünvanını, statusunu Amerikanın əlindən alacaq. İkinci bir proqnoz isə Venera planetində yeni bir enerji formasının kəşf ediləcəyi ilə bağlıdır. Venera üçün bu gün bu mövzu ilə bağlı hər hansı bir kosmik vəzifə mövcud deyil. Bununla yanaşı, günəş astrofiziki Eugene Parkerin adını daşıyan və Günəşin xarici quruluşunu araşdıran bir vəzifə 2018-ci ildə baş tutacaq. Bu vəzifə əsnasında Veneranın ağırlıq qüvvəsinin Günəşin ətrafından keçmək üçün istifadə edilməsi nəzərdə tutulub.
 
Vanqanın bəzi təxminləri arasında 2228-ci ildə dünyada aclığın sona çatacağı, 2256-cı ildə Marsda koloniyaların qurulacağı və 2341-ci ildə planetimizin yaşanmaz hala gələcəyi də var.
Obamanın prezident olacağını bilən Vanqa nənənin Tramp haqqındakı iddiaları da özünü doğruldub?
Xatırladaq ki, Vanqa nənə Amerikanın 44-cü prezidentinin qaradərili olacağını təxmin etmişdi. Kahin eyni zamanda ABŞ-ın 45-ci prezidentinin onun son prezidenti olacağını deyib. Trampın seçilməsinin ardınca ABŞ-da hər şeyin pisliyə doğru gedəcəyini deyənlər Vanqa nənənin bu kəhanətlərini də sübut olaraq istifadə edir.
 
Digər təxminlərə də nəzər salaq:
2023 - Yerin orbiti xəfifcə dəyişəcək.
2028 -Yeni enerji qaynağı yaradılacaq. Dünyada aclıq problem olmaqdan çıxacaq. Veneraya pilotlu kosmos səfəri təşkil ediləcək.
2033 - Qütb buzları əriyəcək. Dünya ocean səviyyəsi yüksələcək.
2043 – Müsəlman bir dövlət yenidən Avropanın tək hökmdarı olacaq.
2046 - Süni orqanlar yaradılacaq. Bədəndəki orqan dəyişikliyi, gözlə müalicə üsulu qüvvəyə minəcək.
2066 - Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə səbəb olan yeni silahından istifadə edəcək. Bu da ani donmaya səbəb olacaq.
 
Bəs Vanqa nənənin son illər üçün dediyi hansı kəhanətlər düz çıxmışdı?
Ölümündən öncə bolqar kahin böyük bir müsəlman müharibəsi olacağını demiş, bu kəhanət terror təşkilatı İŞİD-in yaranması ilə əlaqələndirilmişdi. Vanqa nənə hətta Suriyada böyük müsəlman müharibəsi olacağını da öncədən təxmin etmişdi. 
Məşhur kahin 1989-cu ildə ABŞ-da 11 sentyabr 2011-ci ildə təşkil olunan terror hücumuna dair proqnoz vermişdi. 
İkinci dünya müharibəsi zamanı almanların lideri Adolf Hitlerin belə ona baş çəkdiyi, Rusiya KQB-sinin ondan məsləhətlər aldığı da yayılan məlumatlar sırasındadır. /musavat.com/