"Van Deyk haqda kitab yaza bilərəm" - Yurgen Klopp

Baxış sayı:
730

Layiqli qələbə qazandıq. "Bavariya"ya qarşı səfərdə oynamaq çətindir. Bu, vacib qələbədir. Futbolçularla fəxr edirəm. Münhendə üç qol vurmaq asan deyil. Nələr edə biləcəyimizi göstərdik. Buna görə çox sevinirəm.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
"Mən birinci qola min dəfə baxmaq istəyirəm! Müdafiədə hamı əla idi. Biz adətən Çempionlar Liqasında səfər oyunlarında belə qorunmuruq, amma bu matçda bunu etdik. Daha bir qol vura bilərdik" - o bildirib.
Klopp böyük klubun tarixinə yeni səhifə açdıqları üçün xoşbəxt olduğunu söyləyib: "Beynəlxalq səviyyədə "Liverpul"un nə qədər böyük komanda olduğunu təkrar göstərdik. "Liverpul" hazırda aid olduğu yerdədir və addım-addım bunu təsdiq edərək yüksələcəyik".
Təcrübəli mütəxəssis komandasının ikinci qolunun müəllifi Vircil Van Deyk haqqında da danışıb: "Onun bacarıqları, üstün keyfiyyətləri və əla xarakterə sahib olması ilə bağlı kitab yaza bilərəm. Çox gənc və çox güclüdür. Vircil necə oynayacağını yaxşı bilir. Xüsusilə, o, ikinci hissədə xarakter ortaya qoydu və qələbə qazanmağımıza kömək etdi".
O, 1/4 finalın püşkünün istənilən nəticəsi ilə razılaşacaqlarını deyib: "Futbolçularım bu yarışı sevirlər. Onlar bütün güclərini ortaya qoyurlar".