“Vaja Biqanaşvili” ləqəbli “qanuni oğru” müharibə elan etdi - 10 HƏMKARINA QARŞI...

Kriminal aləmdə “Vaji Tbilisskiy” kimi tanınan “qanuni oğru” Vaja Biqanişvili “oğru dünyası”nın on avtoritetinə qarşı faktiki müharibə elan edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən,  Biqanişvili bu bəyanatla martın 3-də İstambulda keçirilən “qanuni oğru” yığıncağında (“sxodka”) çıxış edib. Buna beş il öncə baş vermiş insident səbəb olub. Konfliktin kökündə  “Şotiko” ləqəbli Şota Tevdoradze və “Tava” ləqəbli Qeorqi Endeladzenin Biqanişvilinin klanına daxil olan “Qeqa Ozurqetskiy” ləqəbli Qeorqi Modebadzeni döyülməsi və oğru titulundan məhrum edilməsi dayanıb.

Bu xoşagəlməz hadisədən dərhal sonra “qanuni oğru” “Dato Kutaisi”nin rəhbərliyi ilə oğru “sxodkası” keçirilib. Düşmənçilik edən tərəflər barışdırılıb və “Qeqa”nın oğru titulu özünə qaytarılıb. Lakin məsələnin sülhə bağlanması Vaja Biqanişvilini qane etməyib. Avtoritetin fikrincə, konflikt əsnasında tərəflərdən yalnız birinin oğru adı qalmalı idi – ya “Qeqa”nın, ya da “Şotiko”nun.

“Şotiko” nun tərəfdarları isə Biqanişvilini yalançı adlandırıblar. Guya Biqanişvili əvvəlcə “sxodka”nın nəticələri ilə razılaşıb, amma sonradan öz qərarını dəyişib.

Bu səbəbdən 3 martda Türkiyədə keçirilən oğru yığıncağında Biqanişvili on nəfər qanuni oğruya qarşı faktiki müharibə elan edib.

İstanbuldakı “sxodka”nı “qanuni oğru” “Lotu Quli” təşkil edib.  Belə qərara gəlinib ki, Biqanişviliyə qarşı hücumların arxasında “Şakro Molodoy” durur.

Bütün bu baş verənlər isə “oğru dünyası”nda klanlararası yeni qarşıdurmalara və genişmiqyaslı münaqişələrə gətitib çıxara bilər.