Vahid Ələkbərov Rusiyada ikinci oldu - "FORBES" AÇIQLADI

Baxış sayı:
1648

"Forbes" jurnalı Rusiya milyarderlərinin yeni siyahısını tərtib edib.
Siyahıya "Nornikel" şirkətinin əsas rəhbərlərindən biri Vladimir Potanin başçılıq edir. Onun sərvətinin 25,1 mlrd. ABŞ dolları olduğu qeyd olunub.
Siyahıda ikinci yerində əslən azərbaycanlı olan Vahid Ələkbərov qərarlaşıb. "Lukoil" neft şirkətinin prezidenti olan həmyerlimizin sərvəti 25 mlrd. dollar dəyərində qiymətləndirilir.
Siyahının ilk üçlüyünü "Novatek" şirkətinin rəhbərlərindən biri Leonid Mixelson tamamlayıb. Onun sərvəti 24,9 mlrd. dollar təşkil edir.
Qeyd edək ki, Vahid Ələkbərov ilk dəfə Rusiya milyarderlərinin siyahısının ilk üçlüyünə düşüb.