Vahid Ələkbərov neft hasilatının azaldılması təklifi haqda - “HƏLƏ TEZDİR...”

Baxış sayı:
2767

"2019-cu ildə OPEC+ çərçivəsində neft hasilatının azaldılması imkanlarından danışmaq hələlik çox tezdir. Hazırda neftin qiyməti kifayət qədər yüksəkdir".

Bunu “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.

Xatırladaq ki, bazar günü Əbu-Dabidə OPEC+ ölkələrinin nazirlər səviyyəsində monitorinq komitəsinin iclası keçirilib. İştirakçılar 2019-cu ildə neft bazarında ehtimal olunan mümkün təkliflərin artımını qeyd ediblər, lakin hələlik hasilatın azaldılmasını təklif etməyiblər və bazarın monitorinqini davam etdirməyə qərar veriblər.

“2019-cu ildə OPEC+ çərçivəsində neft hasilatının mümkün azaldılması imkanlarını necə qiymətləndirirsiniz” sulalına cavabında V. Ələkbərov bildirib ki, hələlik bu barədə danışmaq çox tezdir: “Neftin qiyməti kifayət qədər yüksəkdir. OPEC+ ölkələri arasında sazişin saxlanılması özü çox vacibdir. Bazarı monitorinq etmək imkanı mövcuddur. Biz OPEC+ qərarlarını dəstəkləyirik”,- o əlavə edib.(“Report”)