Vahid Ələkbərov İrana qayıtmaq istəyir

"LUKoyl" şirkəti Meksika və İranda hissə almaq üzrə layihələri nəzərdən keçirir".

"Report" bildirir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov məlumat verib.

"Bəli, biz bir sıra layihələri nəzərdən keçiririk, lakin bu, 2015-2016-cı illərdə olacaq. Bu iki il ərzində biz bir sıra meqalayihəmizi istismara verməliyik. Ona görə hazırda bütün diqqətimizi bu layihələrə cəmləşdirmişik. 2016-cı ildən sonra isə "LUKoyl" şirkətinin potensialı sözügedən hissələri iqtisadi cəhətdən səmərəli olacağı təqdirdə əldə etməyə imkan verəcək", - deyə V.Ələkbərov bildirib.

İş adamının sözlərinə görə, şirkət İrana sanksiyalar aradan qaldırıldıqdan sonra qayıdacaq.

"Biz bu məhdudiyyətlər tətbiq olunanadək geoloji kəşfiyyat sahəsində işləyirdik və "Anaran" yatağı açmışdıq. Təəssüf ki, biz məhdudiyyətlər tətbiq edildikdən sonra oradan getmək məcburiyyətində qaldıq. Ümid edirik ki, hazırda gedən siyasi dialoq orta təcili perspektivdə İran ərazisinə investisiya yatırmaq imkanı verəcək. Biz bu yatağa qayıtmaq istərdik", — deyə Vahid Ələkbərov qeyd edib.