VAHİD ƏLİYEV NİYƏ “VURULDU”? – “Ordudakı casus işinin rolu ola bilər”

Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub. Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
 
Bu, kifayət qədər ciddi dəyişiklikdir. Heç şübhəsiz ki, Vahid Əliyevin vəzifəsindən azad olunmasının arxasında Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu var.
Adının çəkilməsini istəməyən ekspertlərdən biri “AzPolitika”ya açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib: “Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.