​Vahe Avetiyan: "Bilet alıb Bakıya gələn ilk erməniyəm"

Siyasi fəal, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetiyan Azərbaycana gəlib. Onu aeroportda Dövlər Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb.
 
24saat.org saytı xəbər verir ki, hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında erməni yazıçı Vahe Avetiyan saxlanılıb.
 
Avetian facebook profilində hadisə ilə bağlı geniş açıqlama yayıb. O yazır ki, sülhün başlanğıcıdır. Bilet alıb Bakıya gələn ilk ermənidir: “25 ildir bu ölkəyə dəvətsiz, hökümətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür”.
 
Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümayəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq. Yəqin ki, onu geri göndərəcəklər.
 
Vahe kofe ve tosta qonaq edildiyini də yazıb. “Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardı”.