Uzun saqqallı naməlum varlıq - İsmayıllıda nə baş verir? - VİDEO

Baxış sayı:
6646

Cəlilabaddan sonra İsmayıllıda qeyri-adi hadisə baş verir. Evlərə girən naməlum şəxslər əşyaları dağıdır və sakinləri qorxudurlar. Hətta həmin şəxsləri gördüklərini iddia edənlər də var. Təşvişə düşən insanlar polisə də məlumat veriblər.

Sakinlərin dediklərinə görə, 1 aydan çoxdur kimlərsə gecə saatlarında evlərə girib əşyaları dağıdırlar. Lakin heç nə oğurlamırlar. Son bir neçə gündə həmin insanlar gündüz də peyda olurlar.
 
Mübariz Orucov küçəsində yaşayan Səməd Səmədov həmin şəxsi gördüyünü deyir Onun sözlərinə görə, naməlum şəxs uzun boylu və uzun saqqallıdır.
 
Rayon ərazisində baş verən qəribə hadisə ilə bağlı polisə məlumat verilib. Sakinlərin dedikləri ərazilər polis tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılır.