Üzük barmağında qaldı, köməyə FHN gəldi - Yasamalda KURYOZ HADİSƏ

Baxış sayı:
97

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.