Üztanıma mobil telefonlara da yetişdi

Baxış sayı:
772

Dekabrın 1-dən Çində yeni qaydalar qüvvəyə minib. Ölkənin telekommunikasiya şirkətləri yeni mobil telefon xidmətlərini qeydiyyatdan keçirənlərin üzlərini "skan" edəcək.
Muxalifet.az
bu barədə "Azadlıq.org"-a istinadla bildirir.

Hökumət bu addımı dələduzluğun qarşını almaqdan ötrü atdığını bildirir. Çin polisinin üztanıma sistemi quraşdırılmış eynəklərdən də istifadə etdiyi barədə məlumatlar var. İlk olaraq sentyabrda açıqlanan qaydalar milyonlarla adamın üztanıma texnologiyasının əhatə dairəsinə düşməsi deməkdir. Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi Çində telekommunikasiya provayderlərini bu xidmətlərlə hansı şirkətlərin təmin edəcəyini açıqlamayıb. “Reuters” Çinin dünyada üztanıma proqramları üzrə liderlər olan Megvii və SenseTime şirkətlərinin vətəni olmasına diqqət çəkir. 
Muxalifet.az