Üzərində qondarma rejimin adı olan avro buraxmaq istədilər - Səfirlik işə qarışdı

Baxış sayı:
178

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” (qondarma “Dağlıq Qarabağ Respublikası”) yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.