​“Üzən məzənnəyə keçə bilərik” – MƏRKƏZİ BANKIN RƏHBƏRİ

Baxış sayı:
3637

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasdan sonra mətbuat konfransı keçirən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.
O bildirib ki, inflyasiya səviyyəsi hədəf dəhlizindən aşağı olub. Tədiyyə balansı müsbət profisitlə qeydə alınıb.
Üzən məzənnəyə keçid istiqamətində işlər görülür. Çox aydın, ambisiyalı planımız var. Orta müddətli dövrdə üzən məzənnəyə keçə bilərik.
O qeyd edib ki, dünyada sərbəst üzən məzənnə rejimi tətbiq edən ölkələrin sayı azdır:
"Ölkələrdə idarə olunan və yumşaq məzənnə rejimi tətbiq edilir. Üzən məzənnəyə keçid istiqamətində planlarımız var. Bunun üçün ilkin şərtləri yaratmaq lazımdır. Başlıca olaraq ixracın şaxələndirilməsi vacibdir. Eyni zamanda tam şəkildə liberal, şaxaləndilmiş valyuta bazarı formalaşdırılmalıdır"E. Rüstəmov bildirib ki, üzən məzənnəyə keçid istiqamətində işlər görülür: “Cox aydın, ambisiyalı planımız var. Orta müddətli dövrdə üzən məzənnəyə keçə bilərik”.
O qeyd edib ki, dünyada sərbəst üzən məzənnə rejimi tətbiq edən ölkələrin sayı azdır: "Ölkələrdə idarə olunan və yumşaq məzənnə rejimi tətbiq edilir. Üzən məzənnəyə keçid istiqamətində planlarımız var. Bunun üçün ilkin şərtləri yaratmaq lazımdır. Başlıca olaraq ixracın şaxələndirilməsi vacibdir. Eyni zamanda tam şəkildə liberal, şaxaləndilmiş valyuta bazarı formalaşdırılmalıdır".