​Üsyankar müstəntiqə xanımından möhtəşəm dəstək

Ölkədəki hüquq pozuntularına, o cümlədən prokurorluqdakı qanunsuzluqlara etiraz olaraq, Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş Rüfət Səfərova bu gün məhkəmədə prokuror 10 il həbs cəzası istəyib. Sabiq müstəntiqin həyat yoldaşı Nuray Səfərova “Azadlıq”a açıqlamasında Rüfətə istənilən cəza ilə bağlı bağlı fikirlərini çatdırıb.
“Həyat yoldaşım prokurorluqdan istefa verəndə mətbuata müsahibə verib demişdim ki, Rüfət geri çəkilsə, mən özüm onu tərk edərəm. Bu gün prokuror Rüfətə 10 il həbs cəzası istədi. Bu müddət 10 il yox, lap 30 il olsa da, Rüfəti gözləyəcəm. Onu sevirəm və hesab edirəm ki, o, haqq yolundadır. Əgər bu müddətdə o, həmin yoldan dönsə, geri çəkilsə, mən həmin an onu tərk edərəm”, – deyə Nuray Səfərova bildirib.