​USUBOV TANINMIŞ POLKOVNİKİN OĞLUNU İŞDƏN QOVDU - Vətəndaşın şikayəti əsasında

Baxış sayı:
4006

Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub.
Muxalifət.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.
Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov sayta Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.