Usubov Ağstafada 4 nəfərin güllələnməsindən danışdı: "TƏƏSSÜF Kİ..."

Baxış sayı:
688

"Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adamöldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır".
muxalifet.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətlərin üstünün açılma faizi isə çoxalır".
R.Usubov Ağstafada ölümlə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzun müddətli dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".