Usta iş yerində "laqonda" ilə əlini doğradı - ​TOVUZDA

Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Quliyev Ramil Rüstəm oğlu usta işlədiyi yerdə elektrik mişarı (laqonda) ilə işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Hadisə nəticəsində mişar R.Quliyevin sol əlini doğrayıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb.