ÜST malyariya ilə mübarizə planını təqdim edib – «Heç kim malyariyadan ölməməlidir»

Baxış sayı:
7120

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada malyariya ilə yeni mübarizə planını təqdim edib. Bu barədə ÜST-nın bazar ertəsi yaydığı bəyanatda söhbət açılır.

İki ildir ki, dalbadal ÜST-ün illik hesabatnda malyariya ilə xəstələnmiş insanların sayında ciddi dəyişiklik baş vermir. Qiymətləndirməyə görə, 2017-ci ildə malyariyaya yoluxma hallarının sayı 219 milyon təşkil edib, bundan bir il əvvəl isə bu rəqəm 217 milyon olub. Bu zaman əvvəlki illərdə bütün dünyada malyaria ilə xəstələnmiş insanların sayı dayanmadan aşağı düşüb – 2010-cu ildəki 239 milyondan 2015-ci ildə 214 milyona qədər enib.

«Heç kim malyariyadan ölməməlidir. Ancaq etiraf etmək lazımdır ki, dünyada yeni situasiya formalaşıb: malyariya ilə mübarizə staqnasiyası şəraitində biz, çoxillik zəhmətin, investisiyaların və uğurlu fəaliyyətin məhsulunu itirmək riski ilə üzləşirik. Biz, etiraf edirik ki, nəyi isə dəyişməliyik, həm də bunu indi etmək qaçılmazdır» – deyə, beynəlxalq təşkilatın Baş direktoru Tedros Adxan Hebreryesus bəyan edib.

Bununla əlaqədar olaraq, ÜST malyariya ilə yeni mübarizə planı təklif edir. Plan malyariya ilə ən çox xəstələnmiş və bu xəstəlikdən ən çox ölmüş insanların yaşadığı dövlətlərin bu göstəriciləri aşağı salmaq üçün lokal qüvvələri cəlb etməsi sayəsində, gələcəkdə xəstəliyə yoluxanların sayının azaldılmasını nəzərdə tutur. Həmin ölkələr aşağıdakılardır – Brukina-Faso, Kamerun, Konqo Demokratik Respublikası, Qana, Mali, Mozambik, Niger, Nigeriya, Uqanda, Tanzaniya və Hindistan.

ÜST-nın məlumatına görə, bu Afrika ölkələrində ötən il ondan əvvəlki illə müqayisədə malyariyaya yoluxanların sayı 3,3 milyon nəfər artıq olub. Həmin dövrdə Hindistanda xəstəliyin yükünün azaldılması istiqamətində müəyyən uğurlar əldə olunub.

Malyariya ilə yeni mübarizə planına uyğun olaraq, xüsisilə milli və qlobal səviyyələrdə siyasətçilərin diqqətini cəlb etmək və bu xəstəlik səbəbilə ölüm hallarının aşığı salınması qaçılmaz elan olunur və optimal siyasi tədbirlərin və strategiyanın işlənib hazırlanmasının vacibliyi önə çəkilir. Elə strategiya ki, malyariya üzrə endemik ölkələr üçün yararlı olsun.

ÜST qeyd edir ki, xəstəliyin azaldılması və bu xəstəlikdən ölüm hallarının ən azı 2020-ci ilə qədər 40 faiz aşağı salınmsı istiqamətində mübarizədə proqresin indiki ahəngi yetərli sayıla bilməz.

Gələcək proqres üçün bu öldürücü xəstəliklə mübarizə istiqamətində görüləcək tədbirlərin maliyyələşdirilməsini artırmaq vacib hesab olunur. Xüsusilə, 2020-ci ilə malyariya ilə mübarizə üzrə investisiyaların həcmi demək olar, 2 dəfə artmalı və ildə azı 6,6 milyard dollar təşkil etməlidir.