ÜST AĞLIN YENİ “AKŞƏNƏR LAYİHƏ”SİNİN HƏDƏFİ

 Türkiyədə dünənə qədər bütün prosesləri idarə edən Üst AĞIL yatmır.
Amerika-Avropa gizli xüsusi xidmətləri 'Böyük Türkiyə yürüyüşünü dayandırmaq, müsəlman dünyasının gur səsinə çevrilən prezident Tayyib Ərdoğanı nüfuzdan salmaq, nəticədə hakimiyyətdən düşürmək' planlarını daim gündəmdə saxlayır və bunu müxtəlif üsullarla həyata keçirməyə çalışır. Bu planın tərkib hissəsi olaraq demək olar ki, həbsdə olan PKK terrorçularının siyasi səsi və Qərbin layihəsi olan “Demirtaş layihəsi” yeniləndi. Yeni Demirtaş olaraq “Maral Akşənər layihəsi” səhnəyə qoyuldu.
2014-cü ildə Tayyib Ərdoğanın prezident seçilməsini əngəlləmək üçün 'Səni başçı olmağa qoymayacağıq' kampaniyasında terror təşkilatı PKK-nın siyasi qolu olan HDP həmsədri Selahattin Demirtaş istifadə edilmişdi.
Onlar havadarlarına kömək edə bilmədilər və layihə həyata keçmədi.
Bu səfər 2019-cu ildə Ərdoğanın yenidən seçilməsini əngəlləmək üçün “Akşənər Layihəsi” səhnəyə qoyuldu. Tək hədəfləri də 'Ərdoğan seçilməsin, AK Partiya Məclisdə zəif olsun' nəticəsidir. 2014-cü ildə də eyni məqsədlə HDP (PKK) həmsədri Səlahəddin Demirtaşı "Bizi terrordan xilas edəcək tək adam" deyə, dövriyəyə təqdim etmişdilər.
İndi də eyni oyunu bu səfər 'Ərdoğanı dayandıracaq tək qadın' platforması ilə davam etdirirlər. Yeni proyektlə, Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olaraq Akşənərə arxa planda lojistik dəstək mərkəzi olaraq düşünülüb ki, bunun da sayəsində Ərdoğanın ala biləcəyi səsləri parçalamaq niyyəti güdülür. Hiss olunur ki, “Akşənər Layihəsini” ortalığa sürənlər 16 aprel referendumunda reallaşan millətin zəfərini geriyə çevirmək üçün 2019-cu il seçkilərinə son ümid kimi baxırlar. Ona görə də bu yöndə hədəfə çatmaq üçün hər cür siyasi və ictimai əməliyyatların keçirilməsi mümkündür.
Müxalifət.az