“UŞAQLARINIZI QORUYUN, CİNAYƏTKAR MANUKYANDAN UZAQ DURUN...” - Paşinyanın Amerikadakı tərəfdaşı pedofil çıxdı

Baxış sayı:
286

ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni hüquq-müdafiəçisi, jurnalist-araşdırmaçı və “Ermənistan siyasi forumu” (PFA) analitik mərkəzinin üzvü, nəhayət baş nazir Nikol Paşinyanın inqilabçı tərəfdaşı Ara Manukyan pedofiliyada ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu haqda Kaliforniya məhkəməsinin sənədlərinə əsasən Raffi Şişoyan adlı erməni sosial şəbəkə istifadəçisi yazıb.

Onun bildirdiyinə görə Manukyana qarşı 2019-cu il avqustun 6-da seksual xarakterli cinayətlər, daha dəqiqi pedofiliya ilə bağlı ittihamlar irəli sürülüb. Kaliforniyanın cinayət məcəlləsinə əsasən ittiham 14 yaşına çatmamış şəxslərə qarşı seksual cinayətləri nəzərdə tutur.

“Bu publikçağırışdır və bütün insanlara, təşkilatlara müraciətdir ki, cinayətkar Ara Manukyanla münasibətlərinə yenidən baxsınlar, uşaqlarını qorusunlar”,-istifadəçi yazıb.

Məlumatda deyilir ki, Manukyanın barəsində girov əvəzində məhkəməyə qədər srbəst buraxılma tədbiri seçilib. O, 1 milyon 330 min dollar girov qoyub. İttihamlar üzrə Manukyanı 10 il həbs gözləyir.Tert.am saytı həmin istifadəçi ilə əlaqə saxlayıb. Şişoyan bildirib ki, Manukyanın fəaliyyətini çoxdan izləyirdi. “O, ABŞ-dakı bütün erməni icmasını parçalayıb. Həm Ermənistandakı inqilabdan əvvəl, həm sonra bu işlə məşğul olub. İndi o, Paşinyanın hökumətini dəstəkləyir, əvvəl isə “Sasna tsrer” hərəkatına qoşulmuşdu”, -istifadəçi bildirib.