“UŞAQLARIN RUS SEKTORUNA GÖNDƏRİLMƏSİNİN QARŞISINI ALMALIYIQ” – Gövhər Baxşəliyeva

Baxış sayı:
2380

Milli Məclisin bugünkü iclasında deputat Gövhər Baxşəliyeva rus sektoruna daxil olan uşaqların sayının artmasından narahat olduğunu söylədi. “Bu, kökündən səhv bir meyldir, biz vaxtında bunun qarşısını almalıyıq. Bu, mənim rus dilinə qarşı çıxmağım kimi anlaşılmamalıdır. Rusiya bizim strateji partnyorumuzdur, dost dövlətdir. Amma rus dili ingilis kimi tədris olunmalıdır”-deyə, o, bildirdi.

G.Baxşəliyeva dedi ki, bütövlükdə azərbaycanlı uşaqların 1-ci sinifdən rus sektoruna verilməsi kökündən yanlışdır: “Necə olur ki, Arazın o tayında 35 milyonluq xalq ana dilində təhsil uğrunda mücadilə verirlər, təzyiqlərə məruz qalırlar, amma biz burada ana dilində təhsil vermirik? İstənilən azərbaycanlının ilkin təhsili ana dilində olmalıdır. Sadiq Azərbaycan vətəndaşı olmaq üçün bu, çox vacibdir”.

Sovet dövrünə istinad edeənlərə də cavab verdi: “Bəli, o vaxt karyera qurmaq üçün rus dili lazım idi. Amma bu gün biz müstəqilik və karyera üçün ana dili vacibdir”.