Uşaqları üçün dağları aşıb, çaylardan keçir - İBRƏTAMİZ...- VİDEO

Baxış sayı:
8620

Türkiyənən Bingöl vilayətində yaşayan Kamal Oxuyucu (55) orta məktəbdə təhsil alan 2 uşağını hər gün məktəbin servis avtomobilinə mindirmək üçün 4 kilomet yol gedir. Kürəyinə aldığı uşaqları ilə dağları aşıb, çaylardan keçən fədakar ata dərs bitdikdən sonra da uşaqlarını götürüb eynı yoldan geri dönür.
Moderator.az xəbər verir ki, uşaqlarını kürəyinə alaraq çayı o şəkildə keçdiyini deyən ata illərdir sıxıntı yaşadıqlarını və dəfələrlə körpü salınması üçün aidiyyəti orqanlara müraciət etdiyini deyib.