​Uşaq bağçası bağlandı - İNFEKSİYAYA GÖRƏ

Rusiyanın İrkutsk vilayətində kəskin bağırsaq infeksiyasının yayılması ilə əlaqədar uşaq bağçası bağlanıb.
Məlumatına görə, Bratsk şəhərində 6 uşaq bu xəstəliyə yoluxub.
Həmin uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir, müalicələri davam etdirilir.
Məlumata görə, uşaq bağçasının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Hazırda infeksiyanın yayılması ilə bağlı araşdırmalar aparılır.