Uşağınız üçün “Ozmo” alanda diqqətli olun, kiflənmiş ola bilər – Fotofakt

Baxış sayı:
1951

Türkiyə istehsalı olan və Azərbaycanda da satılan “Ozmo” uşaq qidası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Hövsan qəsəbəsinin sakini Elşad Mətləboğlu qəsəbədə yerləşən “Ballı” marketdən uşaq üçün “Ozmo” keksi aldıqlarını, amma vaxtı keçməsə də  keksin kiflənmiş olduğunu bildirb:
“Anam 5 yaşlı nəvəsi üçün “Ozmo”nun bu keksini alıb. Həmişə alırıq. İstifadə müddəti bitmədiyi üçün anam şübhələnməyib. Amma yaxşı ki, keksin birini uşağa vermək üçün özü açıb. Bu zaman kiflənmiş olduğunu görüb. Vaxtı keçməyən bir qida məhsulu kiflənib. Bunun səbəbini tapsınlar! Uşaqların həyatı hər şeydən önəmlidir”.
Qeyd edək ki, “Ozmo” məhsullarının bir hissəsinə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən satışına qadağa qoyulub. Belə ki, ölkəyə idxal olunan bəzi məhsulların müxtəlif partiyalarında insan sağlamlığına zərər vuracaq maddələr aşkar edilib və o partiya bazardan yığışdırılıb./Minval.info