Uşağını bağçadan götürməyə gedən ana itkin düşdü

Baxış sayı:
6169

Gəncədə 26 yaşlı qadın itkin düşüb.

Muxalifet.az-ın xəbərinə görə, hadisə oktyabrın 4-də şəhərin Z.Bünyadov küçəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Aysel Ələkbərova yaşadığı mənzildən azyaşlı uşağını bağçadan götürmək adı ilə çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz Polis Şöbəsi tərəfindən araşdırma aparılır.