URMİYADA DƏHŞƏT: İki qardaş edam olundu

İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilən daha 1 nəfər edam edilib.
 
Güney Azərbaycana bağlı saytlara istinadən xəbər verir ki, iranlı hüquq müdafiəçiləri müttəhim Xalid Əmininin avqustun 15-i, sübh çağı Urmiya şəhərinin mərkəzi zindanında edam edildiyini bildiriblər.
Xatırladaq ki, X.Əmini ilə birlikdə eyni ittiham üzrə ölüm cəzasına məhkum edilən qardaşı Fəttah Əmini iyulun 26-da Mehabad şəhər həbsxanasında dara çəkilib. Xalid həmin vaxt qardaşı ilə birlikdə cəzanın icra edildiyi meydana aparılsa da, naməlum səbəblərdən son anda saxlanıldığı korpusa qaytarılmışdı.
Bildirilir ki, Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə həm məhbus ailələrinin, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub./teleqraf.com